SON XƏBƏRLƏR

Elmar Məmmədyarov: “Ermənistan qoşunları işğal altında olan torpaqlardan çıxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılması A

2021.10.20, 07:36
Elmar Məmmədyarov: “Ermənistan qoşunları işğal altında olan torpaqlardan çıxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılması A

Gunaz.tv
Bakı. Viktoriya Dementyeva - APA. “Ermənistan qoşunları işğal altında olan Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın mili maraqlarına ziddir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ilə bu gün keçirdikləri görüş barədə jurnalistlərə açıqlamasında bu məqamı diplomatın nəzərinə çatdırdığını qeyd edib. E. Məmmədyarov deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair müzakirələr aparılıb: “Bildiyiniz kimi, regionda yeni situasiya yaranıb. Biz ona da toxunmuşuq. Metyu Brayzaya Azərbaycanın mövqeyini təkrar çatdırmışıq”. “Azərbaycan işğal altında olan beş rayonun boşaldılmasına razılıq verə bilərmi” sualına cavab olaraq nazir “Burada söhbət “Praqa prosesi” adlanan mərhələli həldən gedir. Metyu Brayza ilə bu gün keçirilən görüşdə biz bu məsələni də müzakirə etmişik”, - söyləyib. “Azərbaycan prezidentinin Rusiyaya səfərini prosesə etiraz jesti kimi qiymətləndirmək olarmı” sualına isə xarici işlər nazirinin cavabı belə olub: “Yox. Çünki bu səfər ilin əvvəlindən razılaşdırılıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar