SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: "Ermənistan və İran xalqları tarix boyunca dost olub"

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: "Ermənistan və İran xalqları tarix boyunca dost olub"

Gunaz.tv
"Ermənistan və İran bölgədə təhlükəsizlik və sabitliyin təminatı üçün ikitərəfli və regional əlaqələrini möhkəmləndirməlidir. Ümumi mədəniyyətə malik ölkələrimiz arasında qarşılıqlı fəaliyyət bütün bölgədə sülh, sabitlik və inkişafa gətirib çıxaracaq". APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyanla keçirdiyi birgə mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad deyib. O, Ermənistan-İran əlaqələrinin tarixi köklərə malik olduğunu, hər iki xalqın tarix boyunca hər zaman bir-birinə etimad bəslədiyini və dost olduqlarını vurğulayıb. İrandakı erməni icmasının vəziyyətinə toxunan M.Əhmədinejad onların öz müsəlman soydaşları ilə eyni mədəniyyəti və eyni maraqları bölüşdüyünü bildirib: "Erməni icması da digər iranlılar kimi ölkənin müstəqilliyini, mədəniyyətini və ərazi bütövlüyünü müdafiə edir". Öz növbəsində S.Sərkisyan da səfər zamanı imzalanan 8 memorandumun iki ölkə münasibətlərini möhkəmləndirəcəyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar