SON XƏBƏRLƏR

RUSİYA İRANA S-300 RAKETLƏRİ VERƏSİ OLMADI

2021.10.20, 07:36
RUSİYA İRANA S-300 RAKETLƏRİ VERƏSİ OLMADI

Gunaz.tv
RUSİYA İRANA S-300 RAKETLƏRİ VERƏSİ OLMADI Rusiya İrana S-300 zenit-raket komplekslərinin satışına dair imzalanmış müqaviləni həyata keçirməyə başlamayıb. Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Aleksandr Fomin “İnterfaks”a bildirib ki, raket komplekslərinin İrana nə zaman göndəriləcəyi bəlli deyil və bu beynəlxalq siyasi vəziyyətdən asılı olacaq. S-300 raketlərini əldə etmək İran üçün çox vacibdir, çünki bu raketlər İranın nüvə obyektlərinin İsrail və ya ABŞ-ın mümkün hava zərbələrindən müdafiəsini təmin edə bilərdi. İranla Rusiya arasında S-300 anlaşmasına İsrail və ABŞ qarşı çıxır. Məlumata görə, Rusiyanın bu kompleksləri göndərməkdən imtina etməsi İsraildən pilotsuz kəşfiyyat təyyarələrinin alınması ilə bağlı ola bilər. Bu yaxınlarda İsrail Rusiyaya pilotsuz kəşfiyyat təyyarələri satmaq haqda anlaşma imzalayıb. İsrail mətbuatının yazdığına görə, bu zaman şərt qoyulub ki, Rusiya İrana S-300 raketlərini satmasın. Eyni zamanda İranla müqavilənin həyata keçirilməməsi Moskva ilə Vaşinqton arasında münasibətlərdə müəyyən yumşalmanın olması ilə izah edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar