SON XƏBƏRLƏR

ERMƏNİSTAN-İRAN MÜTTƏFİQLİYİ GÜCLƏNİR

2021.10.20, 07:36
ERMƏNİSTAN-İRAN MÜTTƏFİQLİYİ GÜCLƏNİR

Gunaz.tv
ERMƏNİSTAN-İRAN MÜTTƏFİQLİYİ GÜCLƏNİR Sərkisyan Tehranda Əhmədinejadla qucaqlaşır və Qarabağın qaytarılmayacağını deyir Ermənistan prezidenti Serj Sərkisyan İranda iki günlük rəsmi səfərdə olub. Səfər zamanı Sərkisyan İran prezidenti Mahmud Əhmədinejad, ali dini lider Əli Xamneyi, parlamentin spikeri Əli Laricani və digər rəsmi şəxslərlə danışıqlar aparıb. İranla Ermənistanı birləşdirəcək dəmir yol xəttinin çəkilməsinə dair razılaşma imzalanıb. Əhmədinejadla qucaqlaşan və mehriban söhbət edən Sərkisyan vurğulayıb ki, İran Ermənistanın ən yaxın dostlarından biridir. Ermənistan prezidenti İranın Dağlıq Qarabağ münaqişəsində “balanslı mövqe” tutmasını da alqışlayıb. Sərkisyan deyib ki, İran həmişə Ermənistana dar günlərdə kömək edib. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı da belə olub, ötən ilin avqustunda Gürcüstan ətrafında cərəyan edən hadisələr zamanı da İran Ermənistandan dəstəyini əsirgəməyib. Danışıqlar zamanı Əhmədinejad Sərkisyandan xahiş edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar barədə onu məlumatlandırsın. Tərəflər iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsində razılığa gəliblər. Razılıq əldə olunub ki, Ermənistanla İran arasında ticarət dövriyyəsi, enerji sahəsində əməkdaşlıq daha da gücləndirilsin. Həmçinin səfər zamanı Sərkisyan İranda yaşayan erməni icmasının nümayəndələri qarşısında çıxışı zamanı Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını da deyib. Onun fikrincə, Qarabağın Azərbaycana hansısa şərtlər müqabilində qaytarılacağını düşünənlər xam xəyal qururlar. Ermənistanla İran arasında yaxınlıq onsuz da Azərbaycanda hər kəsə məlum idi. Bu səfər zamanı bir daha görünür ki, İran Ermənistanın ən yaxın müttəfiqi və dostudur. Eyni zamanda İran Ermənistan vasitəsilə Qarabağ danışıqları haqda müntəzəm məlumatlandırılır. Bu dəfə isə prezident Sərkisyan özü şəxsən İran rəhbərliyini danışıqların detalları haqda məlumatlandırıb. İran Qarabağ münaqişəsinə dair danışıqlarda vasitəçi olmağa çoxdan can atır, bu istək Azərbaycan tərəfdən qəbul edilməsə də Ermənistanın sayəsində Tehran münaqişə ətrafında gedən prosesləri nəzarətdə saxlaya bilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar