SON XƏBƏRLƏR

MHP İQDIRI AYAĞA QALDIRIR

2021.10.20, 07:36
MHP İQDIRI AYAĞA QALDIRIR

Gunaz.tv
MHP İQDIRI AYAĞA QALDIRIR Millətçilər Ermənistanla sərhəd bölgəsində silsilə etiraz tədbirləri keçirəcək Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Ərdoğan hökumətinin Ermənistana yönəlik siyasətinə etiraz əlaməti olaraq silsilə tədbirlər planı hazırlayıb. Bu barədə «Yeni Müsavat»a MHP rəhbərliyində təmsil olunan sabiq millət vəkili Abbas Bozyel məlumat verib. Onun sözlərinə görə, ilk tədbirlər strateji bölgə olan İqdırda keçiriləcək. «Aprelin 20-dən 27-dək İqdırdakı mədəniyyət saraylarından birində «Erməni zülmü» adlı fotosərgi keçiriləcək. Həmin sərgidə ermənilərin 1915, 1918-20-ci illərdə və ötən əsrin sonlarında Qarabağda törətdikləri qırğınlarla bağlı fotolar nümayiş olunacaq. Aprelin 21-də isə MHP İqdırın mərkəzində AKP-nin Ermənistan siyasətinə və sərhədlərin açılması məsələsinə etiraz mitinqi təşkil edəcək. Biz bütün İqdırı ayağa qaldıracağıq. Hər hansı bir qüvvənin Ermənistanla sərhədi açmasına imkan vermərik. Aksiyaya çox ciddi hazırlıq gedir". A.Bozyel bildirib ki, aprelin 24-də isə İqdırdakı qapalı zallardan birində bu məsələ ilə bağlı yekun konfrans keçiriləcək. MHP funksioneri bu konfransa Azərbaycandan da iki nəfərin dəvət olunacağını bildirib: «Bundan başqa, Azərbaycanda MHP-nin əsas dəstəkçisi və məlumat mənbəyi olan »Yeni Müsavat" qəzeti də bu tədbirlərə dəvətlidir". A.Bozyelin sözlərinə görə, aprelin 22-də isə indiyədək ermənipərəst siyasəti ilə seçilən İqdırın keçmiş bələdiyyə başqanı Nurəddin Aras və AKP rəhbərliyində təmsil olunan Timur Səlcuq da sərhədlərin açılmaması tələbi ilə etiraz aksiyası təşkil edəcək: «Amma bu adamlar səmimi deyillər. Bələdiyyə seçkilərinədək onların hər ikisi Ərdoğanın siyasətini dəstəkləyirdilər və Ermənistanla sərhədlərin açılmasına tərəfdar idilər. Bələdiyyə seçkilərində qələbə qazana bilməyən Nurəddin Aras indi özünü guya mövqeyini dəyişmiş kimi aparır. Bununla da onlar Azərbaycanın gözünə kül üfürürlər və Azərbaycandakı biznes maraqlarına dəstək almaq istəyirlər. Azərbaycandakı qardaşlarımız onlara inanmamalıdırlar, belələrinə bel bağlamaq olmaz». Zabil MÜQABİLOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar