SON XƏBƏRLƏR

İSA QƏMBƏR “HABERTÜRK” KANALININ QONAĞI OLDU (yenilənib)

2021.10.20, 07:36
İSA QƏMBƏR “HABERTÜRK” KANALININ QONAĞI OLDU (yenilənib)

Gunaz.tv
İSA QƏMBƏR “HABERTÜRK” KANALININ QONAĞI OLDU (yenilənib) Müsavat başqanının Türkiyə mediası ilə təmasları davam edir Dünən qardaş Türkiyə cümhuriyyətinə yola düşən Müsavat Partiyasının başqanı İsa Qəmbər media quruluşları ilə təmasını davam etdirir. Gecə saatlarında ATV-də yayımlanan “Arayış” verilişində qonaq olan və Türkiyə-Ermənistan sərhədinin açılmasına həsr olunmuş dəyirmi masada çıxış edən İsa Qəmbər bu gün günorta saatlarında “Habertürk” telekanalının qonağı olub. Verilişin aparıcısı hər iki ölkənin gündəmindəki əsas məsələ ilə bağlı Müsavat başqanına müxtəlif məzmunlu suallar verib. İsa Qəmbər onun suallarını dolğun şəkildə cavablandıraraq, Türkiyə-Ermənistan, eləcə də Ermənistan-Azərbaycan konfliktindən, Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində tutduğu qeyro-konstruktiv mövqedən danışıb.Müsavat başqanı ayrıca olaraq Türkiyə-Azərbaycan münasibətlərinə toxunub, müəllifinin eks-president Əbülfəz Elçibəy olduğu “Bir millət, iki dövlət” ifadəsinin adi şüar olmadığını, gerçəkliyi əks etdirdiyini bildirib. İ.Qəmbər deyib ki, Türkiyə iqtidarının indiyədək Azərbaycandakı avtoritar rejimi dəstəkləyərək xalqı gözardı etməsi yanlış siyasətdir. Müsavat başqanının çıxışından hazırlanmış materialı “Yeni Müsavat”ın sabahkı sayında oxuya biləcəksiniz. Onu da qeyd edək ki,Isa Qəmbər bu gün Bakı vaxtı ilə saat 17-18 arasınd TQRT telekanalında. sabah isə "Avrasiya" telekanalında qonaq olacaq, canlı yayımlanan proqramlarda çıxış edəcək. Əlavə məlumatlar verəcəyik. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar