SON XƏBƏRLƏR

Ankaranın "erməni planı". Türkiyə Ermənistanla sərhədi hələlik həftədə 1 gün açmağa hazırlaşır

2021.10.20, 07:36
Ankaranın "erməni planı". Türkiyə Ermənistanla sərhədi hələlik həftədə 1 gün açmağa hazırlaşır

Gunaz.tv
Ankaranın "erməni planı". Türkiyə Ermənistanla sərhədi hələlik həftədə 1 gün açmağa hazırlaşır Türkiyə rəhbərliyinin Ermənistanla münasibətləri yaxşılaşdırmaq cəhdləri, bu səylər fonunda da iki ölkə arasındakı sərhədi açmağa hazırlaşması Azərbaycanda kəskin etirazla qarşılanıb Türkiyənin özündə ciddi mübahisələrə səbəb olmaqla yanaşı, erməniləri də qane etmir. Daha konkret olsaq, Ermənistan vətəndaşlarının tam əksəriyyəti indiki vəziyyətdə Türkiyə ilə sərhədin açılmasına qarşı çıxır. İrəvandakı "Ararat" Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi rəy sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 61%-i Türkiyə ilə yaxınlaşma siyasətinə birmənalı şəkildə etiraz edir. Rəyi soruşulanların 11%-i Ermənistanla Türkiyənin diplomatik münasibətlər qurmasını istəməyib, 6,5% konkret cavab verməyib, 1,5% isə cavab verməkdə tərəddüd edib. Sorğu iştirakçılarının 20%-i isə Türkiyə ilə münasibətlərin qurulmasına tərəfdardır - amma müəyyən şərtlərlə. Onlar hesab edirlər ki, Türkiyə qondarma "erməni soyqırım"ını tanımalı, ermənilrə təzminat ödəməli, Ermənistanla sərhəd bölgələrdəki "qədim erməni yaşayış məskənlərindəki tarixi abidə və komplekslərini tam bərpa edərək hazır vəziyyətə gətirməli", Ermənistanın maraq və mənafelərinə qarşı addım atmayacağına söz verməlidir. Rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılmasında xoşniyyətli siyasət yürütdüyünü göstərmək üçün ermənilərlə sərhədi hələlik həftədə bir gün açacaq. Türkiyə prezidenti, hazırda Bəhreyndə rəsmi səfərdə olan Abdulla Gül bildirib ki, sərhədin tam açılması yalnız Dağlıq Qarabağ probleminin həllindən sonra reallaşa bilər. Bu arada Türkiyə XİN-i "Ermənistanla münasibətlərin normalaşdırılması planı" adlı sənəd hazırlayıb. Münasibətlərin qaydaya salınması ilə bağlı İrəvanla danışıqların aprelin 24-dən, hayların qondarma "soyqırım" günü kimi andıqları tarixdən sonra başlanması nəzərdə tutulur. Ankaranın "erməni planı"ı belədir: 1. 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış hadisələr Türkiyə və Ermənistan tarixçilərindən ibarət birgə komissiya tərəfindən araşdırılsın, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun arxivləri də daxil olmaqla, bütün arxivlər açılsın 2. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün birgə komissiya yaradılsın. Komissiya ilk əvvəl Ermənistan parlamentinin 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsində yer alan və Türkiyəyə qarş ərazi iddiasının olduğu bəndlərin ləğvini müzakirə etsin. 3. Ermənistan Qars anlaşmasını tanımalı və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməlidir 4. Ermənistan 1992-ci ildə işğal etdiyi Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarından çəkilməsini vəd etməli, bu çəkilmənin tarixini açıqlamalıdır. Türkiyə prezidenti Abdulla Gül isə biddirib ki, Ermənistanla münasibətlərin normallaşması üçün iki ölkə arasında razılaşma olmalıdır. "Bu işlər ötən ilin avqustunda Qafqazda böyük hadisələr baş verəndən sonra başlandı. Gürcüstanın problemləri, Qarabağ münaqişəsi Cənubi Qafqazdakı donmuş problemlər arasındadır. Türkiyə və Ermənistan arasındakı problemlər də onlardan biridir. Həmin problemlər donmuş şəkildə qalarsa, birdən-birə isinər, toqquşma və savaşa qədər gedə bilər. Belıə donmuş problemlərin həlli üçün təkliflərlə təşəbbüslərimiz oldu. Biz problemlərlə münaqişələrin din danışıqlar, masa arxasındakı müzakirələr vasitəsilə çözülməsinə tərəfdarıq. Hazırda Ermənistanla aramızdakı məsələləri müzakirə etməklə yanaşı, Ermənistanla Azərbaycan arasındakı problemlərin də nizamlanması üçün ciddi və fəal işlərə başlamışıq", - Türkiyə prezidenti bildirib. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar