SON XƏBƏRLƏR

Ermənistan çətin günlərdə Farslarin dəstəyini hiss edib

2021.10.20, 07:36
Ermənistan çətin günlərdə Farslarin dəstəyini hiss edib

Gunaz.tv
Ermənistan çətin günlərdə Farslarin dəstəyini hiss edib Ermənistan prezidenti Serj Sarkisyanın İrana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə iranlı həmkarı Mahmud Əhmədinejadı məlumatlandıran Sarkisyan, İranın münaqişəyə ölçülmüş mövqeyindən razı qaldığını bildirib. Tərəflər Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd ediblər. İran prezidenti isə Ermənistanda sabitliyin bərqərar olmasını bölgədə sülhün möhkəmləndirilməsinə yönəldiyini bildirərək iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Ermənistan prezidenti həmçinin Ermənistan-Türkiyə münasibətlərinin inkişafı barədə iranlı həmkarını məlumatlandırıb. Sarkisyan deyib ki, İran Ermənistanın vacib və etibarlı partnyoru olduğunu dəfələrlə sübut edib. Ermənistanın çətin günlərində İranın dəstəyini hiss etdiyini deyən Sarkisyan, blokada illərində bu ölkə ərazisindən Ermənistana ilk tələbat malların keçirildiyini xatırladıb. Tərəflər İran-Ermənistan əlaqələrinin bir çox məsələlərdə, xüsusən də ticarət, nəqliyyat və enerji sahələrində bundan sonra da genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Ermənistanın enerji naziri ilə İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni arasında da görüş olub. Tərəflər iki ölkə tərəfindən həyata keçirilən enerji layihələrinin maliyyələşdirilməsi yollarını müzakirə ediblər. Görüşdə tərəflər enerji, neft, qaz, texnika və mühəndislik sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə arasında İran-Ermənistan dəmir yolu xəttinin inşasına dair yekun memorandum imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar