SON XƏBƏRLƏR

TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANIN QADIN DEPUTATLARI İLƏ GÖRÜŞÜNDƏ UŞAQLIQ İLLƏRİNİ XATIRLAYIB

2021.10.20, 07:36
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANIN QADIN DEPUTATLARI İLƏ GÖRÜŞÜNDƏ UŞAQLIQ İLLƏRİNİ XATIRLAYIB

Gunaz.tv
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANIN QADIN DEPUTATLARI İLƏ GÖRÜŞÜNDƏ UŞAQLIQ İLLƏRİNİ XATIRLAYIB Abdulla Güll Bu gün Milli Məclisin deputatları Gülər Əhmədova, Lalə Abbasova, Aynur Quliyeva və Qənirə Paşayevanın daxil olduğu parlament nümayəndə heyəti Türkiyə prezidenti Abdulla Güllə görüşüblər. “Media forum” saytına açıqlamasında deputat Aynur Quliyeva belə deyib. Nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin üzvü, Türk Dünyası Qadınlar Birliyi Təşkilatının sədri Şenol Balın dəvəti ilə aprelin 14-dən Türkiyədə səfərdədir. A.Quliyevanın sözlərinə görə, görüş Çankaya köşkündə mətbuata qapalı şəraitdə keçirilib: “Görüşdə Azərbaycan cəmiyyətini maraqlandıran suallara cavab istədik. Bu suallar Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumu ilə bağlı idi. İstər Azərbaycan, istər də Türkiyə cəmiyyətində Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə bağlı cox ciddi əndişə yaşanır, bu məsələdə həm türk, həm də Azərbaycan cəmiyyəti həmrəydir. Biz Azərbaycandakı ovqatı cənab Gülün diqqətinə çatdırdıq”. Türkiyə prezidenti görüş zamanı uşaqlıq illərini xatırlayıb: “O, Azərbaycana olan sevgilərindən danışdı. Bildirdi ki, Azərbaycan-Türkiyə münasibətlərindən nə qədər narahatsınızsa, mən də bir o qədər narahatam. Söylədi ki, biz hansı addımı atacağıqsa, mütləq Azərbaycanı nəzərə alacağıq”. Bu gün deputatların Türkiyə xarici işlər naziri Əli Babacanla görüş nəzərdə tutulub: “Bu gün həm də baş nazir Rəcəb Təyyub Ərdoğanla da görüş olacaq. Ancaq bu görüşün sabaha qalması da mükündür”. Azərbaycanlı qadın deputatlar Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və Cumhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykalla da görüşüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar