SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün atılan addımlar Qarabağ münaqişənin həlli ilə bağlı olmalıdır

2021.10.20, 07:36
Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün atılan addımlar Qarabağ münaqişənin həlli ilə bağlı olmalıdır

Gunaz.tv
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev belə deyib Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin bərpası ilə bağlı prosesləri maraqla izləyir, amma hesab edir ki, bu proseslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmalıdır. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, bu barədə bu gün İrəvanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Mahmud Məmmədquliyev bildirib. “Azərbaycan Türkiyə və Ermənistan danışıqlarına iki ölkənin məsələsi kimi baxır və Azərbaycanın mövqeyi digər ölkələrin daxili işinə qarışmamaqdan ibarətdir. Amma Azərbaycanla Ermənistan arasında həll olunmamış problemləri nəzərə alsaq, biz bu danışıqlar prosesini maraqla izləyirik”, deyə M. Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında əlaqələrin bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər. Azərbaycan xarici işlər nazirinin müavini qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr həmçinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı olaraq kəsilmişdi: “Biz hesab edirik ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün atılan bu addımlar və əlaqələr münaqişənin həlli ilə bağlı olmalıdır”, deyə Məmmədquliyev qeyd edib./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar