SON XƏBƏRLƏR

GÜNEYLİ FƏAL ƏRDƏBİL HƏBSXANASINA KÖÇÜRÜLÜB

2021.10.20, 07:36
GÜNEYLİ FƏAL ƏRDƏBİL HƏBSXANASINA KÖÇÜRÜLÜB

Gunaz.tv
GÜNEYLİ FƏAL ƏRDƏBİL HƏBSXANASINA KÖÇÜRÜLÜB Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, fevralın 5-də həbs edilərək Ərdəbil ETTELAAT idarəsinin təcridxanasına salınan fəal Ramin Sadıqi Əslin Ərdəbil həbsxanasına köçürülməsi xəbəri yayılıb. “Media forum” saytının məlumatına görə, fəalın valideynləri güney mənbələrinə Raminin vəziyyətini öyrənmək üçün hansı hökumət orqanına müraciət etsələr də, onlara konkret cavab verilmədiyini bildiriblər. Raminin ailəsi onun həbsdə saxlandığı müddətdə müxtəlif işgəncə və təzyiqlərə məruz qaldığını, valideynləri ilə əlaqə saxlamağa icazə verilmədiyini deyiblər. Raminin səhhətinin son dərəcə ağır olduğu da bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar