SON XƏBƏRLƏR

ƏLİ BABACAN ERMƏNİSTANDADIR. O BİLDİRİB Kİ, AZƏRBAYCAN KİMİ TÜRKİYƏ DƏ ERMƏNİSTANLA GÖRÜŞMƏLİDİR

2021.10.20, 07:36
ƏLİ BABACAN ERMƏNİSTANDADIR. O BİLDİRİB Kİ, AZƏRBAYCAN KİMİ TÜRKİYƏ DƏ ERMƏNİSTANLA GÖRÜŞMƏLİDİR

Gunaz.tv
ƏLİ BABACAN ERMƏNİSTANDADIR. O BİLDİRİB Kİ, AZƏRBAYCAN KİMİ TÜRKİYƏ DƏ ERMƏNİSTANLA GÖRÜŞMƏLİDİR Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistana gedib. Türkiyə mənbələrinin yaydığı məlumata görə, səfərdə məqsəd aprelin 16-da Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının iclasında iştirak etməkdir. Ə.Babacan Ermənistan səfərindən əvvəl, aprelin 15-də Avstriya paytaxtı Vyanada olub. Orda türk dərnəklərinin təmsilçiləri ilə görüşdə Babacana Türkiyə-Ermənistan danışıqlarının Azərbaycanda etirazla qarşılanması haqda da sual verilib. Bir dərnək təmsilçisinin “Azərbaycanlı qardaşlarımız son günlər çox üzgündür. Bu səbəbdən Ermənistana planlaşdırdığınız rəsmi səfəri təxirə salmağı düşünürsünüzmü” sualına Ə.Babacan belə cavab verib: “Ermənistanla Azərbaycan dövlətləri arasında nazirliklər səviyyəsində görüşlər həyata keçirilir. Onlar öz aralarında görüşdükləri halda bizim görüşlərdən qaçmağımız normal olmazdı”. Ə.Babacan onu da qeyd edib ki, Azərbaycanla Ermənistan rəhbərləri tez-tez görüşürlər. Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının Yerevanda keçirilən iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar