SON XƏBƏRLƏR

Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ probleminin həlli məsələsində birtərəfli mövqe tutmayıb

2021.10.20, 07:36
Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ probleminin həlli məsələsində birtərəfli mövqe tutmayıb

Gunaz.tv
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib Nə indi, nə də əvvəllər Rusiya Dağlıq Qarabağ probleminin həlli məsələsində birtərəfli mövqe tutmayıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”nın oxuyucularından birinin sualına cavab olaraq bildirib. Oxuyucu Rusiyanın Cənubi Oseyitada korlanmış imicini xilas etmək üçün bu məsələdə Qərbə güzəştə gedəcəyi və Ermənistanın "xırda pul" olacağı ilə bağlı narahatlığını bildirib. “Biz bu məsələnin həllində beynəlxalq ictimaiyyətlə, ən əsası ATƏT-in Minsk qrupunun həmsədr “üçlüyündə" Fransa və ABŞ-la əməkdaşlıq edirik. Buna görə də Rusiyanın Dağlıq Qarabağ münaqişənin həllində iştirakı məsələsində hansısa “xırda puldan” danışmaq ən azı nəzakətsizlikdir”, deyə S. Lavrov qeyd edib. Onun sözlərinə görə, Rusiya bu məsələdə tamamilə neytal mövqedədir və hər iki tərəfin- Ermənistan və Azərbaycan tərəfdən qəbul edilən istənilən həll yolunu dəstəkləməyə hazırdır"./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar