SON XƏBƏRLƏR

“TURAN” AGENTLİYİ İNTERNET-QƏZET YARADIB

2021.10.20, 07:36
“TURAN” AGENTLİYİ İNTERNET-QƏZET YARADIB

Gunaz.tv
“TURAN” AGENTLİYİ İNTERNET-QƏZET YARADIB “Turan” informasiya agentliyi yeni internet qəzeti yaradıb. www.top7.az ünvanında yerləşən səhifədə günün vacib hadisələri barədə məlumatlar, aktual məsələlər üzrə şərhlər veriləcək. Səhifə üç dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərəcək. 1990-cı ildə bir qrup jurnalistin təsis etdiyi “Turan” agentliyi Azərbaycanda ilk müstəqil informasiya agentliyidir. “Turan” 2007-ci ildə Almaniyanın “Sayt” (ZEIT-Stiftung) və Norveçin Söz Azadlığı fondları (Fritt Ord) tərəfindən Gerd Biserius adına “Şərqi Avropanın azad mətbuatı” mükafatına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar