SON XƏBƏRLƏR

ETTELAAT SAYT və BLOQLARI, SMS-ləri TAM NƏZARƏTƏ GÖTÜRÜB

2021.10.20, 07:36
ETTELAAT SAYT və BLOQLARI, SMS-ləri TAM NƏZARƏTƏ GÖTÜRÜB

Gunaz.tv
ETTELAAT SAYT və BLOQLARI, SMS-ləri TAM NƏZARƏTƏ GÖTÜRÜB Möhsüni Ejei İran adlanan yerin kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında ölkədəki bütün saytlar, bloqlar və mobil telefonla göndərilən SMS-lərin tam nəzarət altında olduğunu deyib. Ejei prezident seçkisində təxribat aparan hər hansı bir fəaliyyətin qarşısını alacaqlarını deyib: “Nazirlik bütün saytlar, bloqlar və SMS-ləri nəzarət altında saxlayır. Seçkinin gedişinə qarşı aparılan və təxribat xarakterli sayılan hər hansı bir fəaliyyətin qarşısı kəskinliklə alınacaq. Ümumiyyətlə, seçki rəqabətinə müdaxilə etmək və təxribat yaratmaq insafsızlıqdır. Biz bunu islam və inqilaba qarşı xəyanət hesab edirik”. ETTELAAT naziri vətəndaşların prezident seçkisi mövzusu ilə bağlı bir-birlərinə göndərdiyi SMS-lərin də nəzarətdə olduğunu və həmişə izləndiyini vurğulayıb: “Təxribat xarakterli SMS-lər izlənir. Şübhəsiz, kimsə mövcud atmosferi gərginləşdirməyə çalışıb təxribat yaratmaq istəsə, nazirlik əməkdaşları onları müvafiq orqanlara təhvil verəcək”. Son aylarda internetə, sayt və şəxsi bloqların fəaliyyətinə qarşı təzyiq və məhdudiyyətlər genişlənib. Saytlar adətən məxməri inqilaba zəmin yaratmaqda və ya yumşaq çevrilişə şərait yaratmaqda günahlandırılır, fəaliyyətləri dayandırılır. İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar