SON XƏBƏRLƏR

İsa Qəmbər Türkiyəyə gedib

2021.10.20, 07:36
İsa Qəmbər Türkiyəyə gedib

Gunaz.tv
İsa Qəmbər Türkiyəyə gedib Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Türkiyəyə səfərə yola düşüb. Bu barədə RİA-ya partiyanın mətbuat xidmətindən məlumatv erilib. Məlumata görə, İsa Qəmbəri Türkiyəyə bu ölkədə fəaliyyət göstərən ATV kanalı dəvət edib. Səfər çərsivəsində Müsavat başqanı bu gün Bakı vaxtı ilə saat 01:20-də ATV kanalının “Arayış” verilişində Türkiyə-Azərbaycan, Türkiyə- Ermənistan münasibətlərinin, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzularının və eləcə də siyasi gündəmin digər aktual problemlərinin müzakarəsinə qatılacaq. Müzakirələrdə Türkiyənin tanınmış siyasi xadimləri də iştirak edəcək, həmçinin canlı yayımlanacaq proqrama Azərbaycan və Ermənistandan telefon vasitəsilə qatılmaq da mümkün olacağı bildirilir. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar