SON XƏBƏRLƏR

ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB

2021.10.20, 07:36
ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB

Gunaz.tv
ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB Əkbər Ələmi İran İslam Respublikasında bu ilin iyununda keçiriləcək prezident seçkisinə namizəd kimi qatılacağını bəyan etmiş keçmiş deputat, təbrizli Azərbaycan türkü Əkbər Ələmi digər namizədlərdən Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi ilə keçmiş baş nazir Mirhüseyn Musəvini debata çağırıb. Ə.Ələmi, M.Kərrubi və M.Musəvi İranda islahatçılar qrupunun üzvü kimi tanınırlar. Ə.Ələmi öz çağırış bəyanatında M.Kərrubi ilə M.Musəviyə xitabən deyib: “Hazırda islahatçılar qanadından siz prezidentliyə namizədlər içində ən məşhurlarısınız. Özünüz də yaxşı bilirsiniz ki, təbliğat kampaniyası aparmaq üçün ixtiyarınıza verilmiş bu qədər geniş imkan əslində sizin hakimiyyətə dərin bağlılığınıza görədir. Son vaxtlar daxili və xarici kütləvi informasiya vasitələri, bitərəf olduqlarını iddia edənlər düşünülmüş şəkildə əl-ələ verərək yalnız sizin adınızı hallandırır, sizi islahatçıların əsas namizədləri kimi göstərməyə çalışır. Lakin başqa rəqiblərin səsini batırmaqla imic qazanmaq olmaz”. Daha sonra Ə.Ələmi bildirir: “Hər bir namizədin seçki kampaniyası apararkən seçicilərə verdiyi vədlər və şüarlar yalnız o zaman xalqın etimadını qazana bilər ki, vədlərin necə həyata keçirilməsi barədə vətəndaşlar geniş məlumatlandırılsın. Məhz buna görə də, mən sizinlə debata hazır olduğumu bildirirəm”. Ə.Ələmi bəyan edib ki, debat ölkənin istənilən yerində ola bilər: “Ümid edirəm ki, bu fürsəti İran xalqından və bu kiçik qardaşınızdan əsirgəməyəcəksiniz”. Ə.Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsi «Bəsic»in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar