SON XƏBƏRLƏR

İran və Ermənistan arasında dəmiryolunun tikilməsi barədə son anlaşma sazişi imzalanıb

2021.10.20, 07:36
İran və Ermənistan arasında dəmiryolunun tikilməsi barədə son anlaşma sazişi imzalanıb

Gunaz.tv
İran və Ermənistan arasında dəmiryolunun tikilməsi barədə son anlaşma sazişi imzalanıb İran və Ermənistan arasında dəmiryolunun tikilməsi barədə son anlaşma sazişi imzalanıb. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, sənədi Tehranda İran tərəfdən nəqliyyat və rabitə naziri və Ermənistanın nəqliyyat və rabitə naziri Qurgen Sarkisyan imzalayıb. Bu barədə Ria Novosti agentliyi TV5 telekanalına istinadən məlumat verib. Qeyd edək ki, tərəflər arasında dəmiryolunun tikilməsinə dair ilk anlaşma memorandumu aprelin 3-də imzalanmışdı. Sənədlərin imzalanma mərasimindən sonra Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, dəmiryolunun tikilməsi dörd ildən beş ilə qədər çəkə bilər. Tikintinin ümumi dəyəri müxtəlif dəyərləndirmələrə görə, 1,5 milyarddan 1,8 milyard dollara qədər tuta bilər. Erməni naziri bildirib ki, tikintisi baha başa gələn tunelin uzunluğu dəqiq bilinmədiyindən bu məbləği hesablamaq çətindir. Qeyd edək ki, İran-Ermənistan dəmiryolu xətti Ermənistana enerjidaşıyıcıları və digər məhsulların nəqlində alternativ yoldan istifadə etməyə imkan verəcək. Hazırda Ermənsitanın xarici ölkələrlə əlaqəsi yalnız Gürcüstan ərazisi vasitəsilə təmin olunur. İran-Ermənistan dəmiryolu xəttinin uzunluğu 470 km olacaq. Bunun isə 60 km-i İranın ərazisinə düşr. Dəmiryolunun tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Layihənin öyrənilməsi, maliyyə mənbələrinin dəqiqləşdirilməsi, optimal marşrutun seçilməsi və tikinti. Sarkisyan daha əvvəl bildirib ki, Rusiya tərəfi layihənin həyata keçirilməsinin müxtəlif mərhələlərində, o cümlədən layihələnmədə və tikintidə iştirak etməyə hazırdır. Rusiya tərəfinin layihənin maliyyələşməsində də iştirak edəcəyi istisna deyil. Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin İrana səfəri zamanı iki ölkə arasında 8 sənəd, o cümlədən İran-Ermənistan dəmiryolu xətti layihəsinin həyata keçirilməsinə dair memorandum, İran-Ermənistan arasında azad ticarət, Araz çayı üzərində su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsinə dair sazişlər imzalanıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar