SON XƏBƏRLƏR

Bu gün Türkiyənin xarici işlər naziri İrəvana gedəcək

2021.10.20, 07:36
Bu gün Türkiyənin xarici işlər naziri İrəvana gedəcək

Gunaz.tv
Bu gün Türkiyənin xarici işlər naziri İrəvana gedəcək Türkiyənin xarici işlər naziri Əli Babacanın Ermənistana səfəri dəqiqləşib. ANS PRESS, Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir aprelin 16-da Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün İrəvana gedəcək. O, Ermənistan paytaxtına səhər saatlarında yola düşəcək və bir neçə saatdan sonra Türkiyəyə qayıdacaq. Bu gün Avstriyada səfərdə olan Əli Babacan türk dərnək rəhbərləri ilə görüşüb. Onlardan biri nazirə belə sualla müraciət edib: «Azərbaycanlı qardaşlarımız son günlərdə çox üzgündürlər. Baş verən proseslər qarşısında Ermənistana planlaşdırdığınız rəsmi səfəri ləğv etmək barədə düşünürsünüzmü?». Əli Babacanın cavabı bu cür olub: «Ermənistanla Azərbaycan arasında nazirliklər səviyyəsində görüşlər keçirilir. Əgər onlar öz aralarında görüşürlərsə, bizim görüşlərdən qaçmağımız normal olmaz. Onsuz da iki ölkənin dövlət başçıları tez-tez görüşürlər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar