SON XƏBƏRLƏR

«AKP hökuməti Azərbaycana qarşı gizli oyun planlaşdırır»

2021.10.20, 07:36
«AKP hökuməti Azərbaycana qarşı gizli oyun planlaşdırır»

Gunaz.tv
Dövlət Bahçeli şok açıqlamalar verdi MHP sədri: «Türkiyə-Ermənistan sərhədini açmağa heç kimin gücü çatmaz» Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirdiyi qrup iclasında \"Qarabağın işğalı aradan qalxmadan sərhədləri açmağa heç kimin gücü çatmaz\" deyib. O bildirib ki, beynəlxalq münasibətlərdə əlaqələrin davam etməsi üçün erməni məsələsinin hər zaman şərt kimi Türkiyənin qarşısına çıxarılması ölkəni çıxılmaz vəziyyətə gətirib çıxarıb: “Türkiyə qondarma soyqırım iddialarını müzakirələrini qəbul edib-etməmək arasında ağır şantajlara məruz qalaraq güzəştə getməyə məcbur edilir. Türkiyəyə istiqamətlənmiş qondarma soyqırım iddialarını və torpaq tələblərini davam etdirən Ermənistana sərhədi açmaq üçün ümid verən və diplomatik əlaqələr quran AKP babalarımızın da mühakimə olunması üçün onlara cəsarət verib”. Bundan başqa, Dövlət Bahçeli Azərbaycan üzərində gizli planların həyata keçirildiyini və baş nazir Rəcəb Tayyib Ərdoğanın son anda sərhədlərin açılması ilə bağlı bəyanatın inandırıcı olmadığını deyib: “Türk millətini şifahi olaraq qane etmək, həqiqətdə isə aldatmaq və azərbaycanlı qardaşlarımızın vaxt itirməsi üçün gizli oyun planlaşdırılır. Baş nazir Ərdoğanın ictimaiyyətdən gələn reaksiyadan sonra geri addım ataraq problemi Azərbaycan-Ermənistan arasında məsələnin həllinə bağlaması inandırıcı deyil”. «Türkiyə Azərbaycanı yola gətirməlidir» Beynəlxalq Böhran Qrupu rəsmi Ankaraya yaranmış fursəti qaçırmamağı tövsiyyə edir Beynəlxalq Böhran Qrupu Türkiyəni Azərbaycanı yola gətirərək Ermənistanla münasibətləri normallaşdırma fürsətini qaçırmamağa çağırıb. “Mediaforum” təşkilatın “Zehinləri açmaq, sərhədləri açmaq” başlıqlı hesabatında Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırma paketi üzərində yekun razılaşmanın Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən risk altına düşdüyü bildirilir: “Azərbaycan işğal altında olan torpaqları azad olunana qədər Ermənistanla sərhədlərin açılmasını istəmir. Amma Türkiyə bu fürsəti itirməməli və müttəfiqini inandırmalıdır ki, Ermənistanın özünü güvəndə hiss edəcəyi bir yumşalma Qarabağ probleminin həllinə 15 illik çıxılmazlıqdan daha çox fayda verəcək”. Qrup həmçinin Ermənistanı Türkiyə ilə uzunmüddətli əlaqə qurmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarından ATƏT prinsipləri çərçivəsində çəkilməyə çağırıb. Hesabatda qeyd edilib ki, ABŞ Şərq-Qərb tranzit dəhlizini və Xəzər dənizindən gələn enerji xətlərini dəstəkləmək üçün uzun müddətdir Türkiyə-Ermənistan uzlaşmasını təşviq edib. Beynəlxalq Böhran Qrupu prezident Barak Obamaya “erməni soyqırımı” məsələsində orta yolda irəliləməyə davam etməyi və Konqresdəki layihənin gündəlikdən çıxarılmasını tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar