SON XƏBƏRLƏR

ERMƏNİLƏR TÜRKLƏRLƏ BARIŞMAQ İSTƏMİR

2021.10.20, 07:36
ERMƏNİLƏR TÜRKLƏRLƏ BARIŞMAQ İSTƏMİR

Gunaz.tv
Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda ermənilərin böyük əksəriyyəti iki ölkə arasındakı yaxınlaşmaya qarşı çıxıb. SİA-nın məlumatına görə, bu vəziyyət "Ararat" strateji araşdırmalar mərkəzi tərəfindən aparılan sorğu zamanı ortaya çıxıb. Nəticədə sorğu iştirakçılarının 61%-i yaxınlaşmaya qarşı çıxdığını qeyd edib. Mərkəzin direktoru Armen Ayvazyan açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin mövcud siyasətini dəstəkləyənlər 11% təşkil edir. İştirakçıların 20%-i hesab edir ki, Ermənistan Türkiyə ilə əlaqələrini ancaq milli mənfəətlərinə zərər vermədən normallaşdıra bilər. Qeyd edək ki, anketə cavab verənlərin 74%-i Ermənistan vətəndaşı, geri qalanları isə diaspora ermənilərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar