SON XƏBƏRLƏR

AKP AZƏRBAYCANDA ÖZÜNƏ BAB MÜXALİFƏT AXTARIR

2021.10.20, 07:36
AKP AZƏRBAYCANDA ÖZÜNƏ BAB MÜXALİFƏT AXTARIR

Gunaz.tv
Bunun səbəbi Türkiyənin hakim partiyası ilə hakimiyyət arasında münasibətlərin pisləşməsidir Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanda əməkdaşlıq etmək üçün müxalifət partiyası axtarışına başlayıb. Bu barədə qəzetimizə müxalifət düşərgəsindəki mənbələrdən məlum olub. Bildirilir ki, bunun səbəbi Türkiyənin hakim partiyası ilə Azərbaycan iqtidarı arasında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı münasibətlərin korlanmasıdır. Son vaxtlaradək AKP ilə Azərbaycan hakimiyyəti, o cümlədən YAP-la münasibətlər çox yaxın idi və müxtəlif məsələlərdə əməkdaşlıqlar edilirdi. Bu zaman qarşılıqlı anlaşma belə olub ki, nə AKP Azərbaycanda, nə YAP və Azərbaycan hakimiyyəti Türkiyədə müxalifətdə olan qüvvələrlə təmas saxlamasın, onlarla əməkdaşlıq etməsin. Lakin sərhədlərin açılması təhlükəsi Azərbaycan hakimiyyətini məcbur edib ki, Türkiyədəki müxalifət partiyaları ilə işləsin, onlardan dəstək istəsin. AKP-nin sərhədləri açmaq planını hələlik ertələməsində də Türkiyə müxalifətinin sərt etirazlarının həlledici rolu olub. Bildirilir ki, Türkiyə müxalifətinin Azərbaycan hakimiyyətinin mövqeyinə son dəstəyi AKP-ni narahat edib. AKP üçün Azərbaycan hakimiyyətinin Türkiyə ictimai rəyinə bu cür güclü təsiri gözlənilməz olub və bu səbəbdən hakim partiya Azərbaycanda da ictimai rəyə təsir edə bilmək üçün imkanlar axtarmağa başlayıb. Bu axtarışlar zamanı AKP müxalifətdə olan partiyaların sərhədlərin açılması məsələsində hansı mövqe tutduğunu da araşdırır. Həmçinin AKP-nin Azərbaycan mətbuatına təsir imkanları axtarmağa başladığı da deyilir. Bu məqsədlə Bakıda AKP-yə yaxın adamlar vasitəsilə müəyyən təmaslar aparılır. Məqsəd Azərbaycanda müəyyən sosial bazaya malik müxalifət partiyalarından birini əməkdaşlığa cəlb etmək, media vasitəsilə AKP-nin siyasətinə Azərbaycanda dəstək qazandırmağa çalışmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar