SON XƏBƏRLƏR

İran prezidentinin yüksək müşaviri istefa verib

2021.10.20, 07:36
İran prezidentinin yüksək müşaviri istefa verib

Gunaz.tv
İran prezidentinin yüksək müşaviri istefa verib İran prezidenti Mahmud Əhmədinejadın yüksək müşaviri Seyid Müctəba Səmərə Haşimi vəzifəsindən istefa verib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Səmərə Haşimi aprelin 14-də İran prezidenti Əhmədinejada məktub yazaraq öz istefasını tələb edib. O, məktubda digər sahələrdə ölkəyə xidmət etmək məqsədilə istefa verdiyini bildirib. Səmərə Haşimi İran İnqilabından sonra bu ölkədə müxtəlif vəzifələrdə çalışıb. O, ilk öncə İranın Qərbi Azərbaycan vilayətində icra başçısının müavini, Qərbi Azərbaycan vilayətinin icra başçısı və Kürdüstan Azad Universitetinin direktoru və digər vəzifələrdə çalışıb. Səmərə Haşimi İran prezidetinin yüksək müşaviri vəzifəsinə seçilməmişdən öncə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar