SON XƏBƏRLƏR

Taleh Şahsuvarlı Güney Azərbaycanda gedən milli mübarizəni bədiiləşdirib

2021.10.20, 07:36
 Taleh Şahsuvarlı Güney Azərbaycanda gedən milli mübarizəni bədiiləşdirib

Gunaz.tv
Babəkdən bəhs edən tarixi metaroman Taleh Şahsuvarlı Güney Azərbaycanda gedən milli mübarizəni bədiiləşdirib “Canlanma” tarixi metaromanı mənim Güney Azərbaycanın azadlığına verdiyim dəstək, İranda insan haqlarının pozulmasına etirazdır”- yazıçı Taleh Şahsuvarlı www.azadtribun.net saytına açıqlama verib. “Bəz qalası Azərbaycanın azadlıq simvolu, Babək Xürrəmi xalqımızın bu gündə azadlıq uğrunda mübarizə aparan qəhrəmandır” deyə sözünü davam etdirən Taleh Şahsuvarlı yenicə işıq üzü görən əsərinin “Çölsüz evin içi” adlı hissəsində Güney Azərbaycanda gedən prosesləri qələmə alıb. Müəllif deyib: Güney Azərbaycanda gedən proseslərə, oradakı soydaşlarımızın hüquqlarının kobudcasına pozulmasına laqeyd qalmaq olmaz. Qoy güneydəki hərəkatçılar bilsinlər ki, onların mübarizəsi qutsaldır və hamımızın diqqət mərkəzindədir. Bizim bu davanı uduzmağa haqqımız yoxdur. Mənim əlimdən bu davanı bədiiləşdirmək, onun keçmişini, bu gününü və gələcəyini nəsrə çevirmək gəlirdi və mən əlimdən gələni etdim. Bu gün ETTELAT xalqımıza qarşı ən müxtəlif təxribatlar həyata keçirir və onlardan biri də Babəkin Azərbaycan oğlu olmadığını iddia etməkdir. “Canlanma” oxuculara Babəkin, xürrəmilərin tarixinə səyahət etmək imkanı verir və onun vahid Azərbaycan dövlətinin Bəyi olduğunu sübut edir. Babəkin timsalında tarixin ən böyük şəxsiyyətlərindən birini canlandırdığım üçün bir yazıçı olaraq özümü çox xoşbəxt hiss edirəm.azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar