SON XƏBƏRLƏR

Zahid Orucdan İrana 7 sual

2021.10.20, 07:36
Zahid Orucdan İrana 7 sual

Gunaz.tv
Zahid Orucdan İrana 7 sual Milli Məclisin aprelin 14-də keçirilən iclasında millət vəkili Zahid Oruc İranın bölgədəki siyasətinə aydınlıq gətirməsi tələbilə çıxış edib. Bildirib ki, Güney Azərbaycan dövləti İrana sərf etmir. Çünki İran hesab edir ki, özünün dövlət modelini Azərbaycan kimi ölkələrə sırıya bilər: "Azərbaycan İslam yönümlü bir ölkədir. Burada radikalizm də, fanat da ola bilər. Bunları İrın özünün ideologiyası üçün yem hesab edir və bu konteksdə fəaliyyət aparır. İran Azərbaycanın etnik xəritəsindən yararlanmağa çalışır. Bu istiqamətdə fəaliyyəti xüsusilə sərhəd bölgələrində aparır. Onların milli-etnik tarixi və haqları uğrunda mübarizəni öz xəttində ifadə edir. Nə vaxtdan İrana haqq verilib ki, kimlərinsə hüquqlarını qorusunğ Digər tərəfdən, İran Azərbaycanın xarici siyasi əlaqələrini bir sıra hallarda təhlükə sayır. Ancaq bircə dənə də fakt göstərə bilməzlər ki, xarici siyasi əlaqələrdə İrana qarşı hansısa addımlar atmışıq. Xəzərin statusu məsələsində Azərbaycanla razılığa gəlməyərək bu problemi Azərbaycanın xarici iqtisadi fəaliyyəti və neft əlaqələrinə təzyiq vasitəsi kimi istifadə edir. Bu ölkənin "Səhər" kanalında aparılan siyasət Ermənistan tərəfindən Azərbaycana qarşı aparılmır. İran-Ermənistanla münasibətlərində Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində möhkəmlənməsinə yönəlik bir xətt tutur. Bilmək istərdik ki, bütün bunlar nə vaxta qədər davam edəcəkğ"("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar