SON XƏBƏRLƏR

Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti dayandırılacaq

2021.10.20, 07:36
Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti dayandırılacaq

Gunaz.tv
Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti dayandırılacaq Bu sırada vəhabilər, "İyeqova şahidləri" də var Konstitusiyada dini etiqad və vicdan azadlığı ilə bağlı edilən dəyişikliklərin icrası məqsədilə tədbirlərə başlanılacaq. Məlumatlı mənbədən bildiriblər ki, ictimai təhlükəli qeyri-ənənəvi təriqətlərin fəaliyyəti dayandırılacaq: "İl ərzində vəhabi, nurçu, eləcə də "İyeqovanın şahidləri", "7-ci günün advinistləri", "Həyatverici lütf", "Məhəbbət kilsəsi" kimi хristian yönümlü təriqətlərin fəaliyyətində nöqsanlarla bağlı faktlar toplanılıb. Vəhabi və nurçu təriqətləri dini icma kimi qeydiyyata alınmasalar da, təbliğat aparırlar. Bu icmaların fəaliyyəti islam dininin gözdən salınmasına hesablanıb. Хristian yönümlü təriqətlə qeydiyyata alınsa da, qanunazidd fəaliyyət göstərib. Belə ki, Bakı və Sumqayıtda təbliğata icazə verildiyi halda rayonlarda da təbliğat aparılıb, qanunsuz dini ədəbiyyat yaymağa cəhd göstərilib, təriqət üzvləri uşaqları təbliğata cəlb ediblər. Buna görə də bu təriqətlərin fəaliyyəti dayandırılacaq". Qanunsuz fəaliyyət göstərən təriqətlərə qarşı mübarizə tədbirləri gücləndiriləçcək. Həmçinin nöqsanlara yol vermiş təriqətlərin qeydiyyat məsələsinə yenidən baхılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar