SON XƏBƏRLƏR

Təbrizdə mərhum ustadımız Səməd Sərdarniyanın vəfatının ildönümü keçirildi

2021.10.20, 07:36
Təbrizdə mərhum ustadımız Səməd Sərdarniyanın vəfatının ildönümü keçirildi

Gunaz.tv
Təbrizdə mərhum ustadımız Səməd Sərdarniyanın vəfatının ildönümü keçirildi GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən 14.04.2009-cu il tarixində Təbrizin məşhur Əngəci məscidində Güney Azərbaycanın tanınmış tarix tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi mərhum ustadımız Doktor Səməd Sərdarniya-nın vəfatının birinci ildönümü keçirilib.Mərasimdə Güney Azərbaycanın bütün şəhərlərindən çoxlu sayda ziyalılar,ictimai, şəxsiyətlər iştirak edərək mərhumun ruhuna dualar oxumaqla yanaşı ustadın Azərbaycan tarixinə və ədəbiyyatına ürəkdən sevgi və dərin məhəbbəti olduğunu mərasim iştirakçıları öz çıxışlarında qetd edərək bildirdilər ki doktor Sərdarniyanın vaxtindan tez vəfat etməsi Azərbaycan üçün böyük itgi idi.Mərasim təhlükəsizlik və polis məmurları tərəfindən ciddi nəzarətə götürülmüşdür məmurlar video kameralarla mərasim iştirakçılarını lentə alırdılar.Bütün təziqlərə,havanın çox soyuq olmağına baxmayaraq ustadi vadi rəhmət məzarlıqında qəbrini ziyarət edənlərin çoxluğu Anti Türk məmurlari narahat edirdi lakin buna baxmayaraq yas mərasimi təntənəli şəkildə keçirildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar