SON XƏBƏRLƏR

Saleh Əbbasi və Məhərrəm Kamrani Əhər inqilab məhkəməsinə çağırılıblar

2021.10.20, 07:36
Saleh Əbbasi və Məhərrəm Kamrani Əhər inqilab məhkəməsinə çağırılıblar

Gunaz.tv
Saleh Əbbasi və Məhərrəm Kamrani Əhər inqilab məhkəməsinə çağırılıblar 11 aprel 2009-cu il tarixində Əhər inqilab məhkəməsi Güney Azərbaycan milli hərəkat fəalları Saleh Əbbasi və Məhrrəm Kamranini məhkəmənin birinci şöbəsində hazır olmalarını tələb edib. Xatirladaq ki, soydaşlarımız milli fəaliyyətlərinə görə 2006-ci ilin aprel ayında Əhər “ETTELAAT” məmurları tərəfindən həbs edilərək 45 gün müddətinə tək nəfərlik kameralarda işgəncə və təziqlərə məruz qoyulmuşlar. Soydaşlarımızın ailələrinə yaxın mənbələrdən bildirilib ki, 2006-ci ildə məhkəmə Saleh Əbbasi və Məhərrəm Kamraniyə hakimiyyət əleyhinə mubarizə və pan-Türkist təfəkürünü yaymaq itihamları vermişdir. Həmin tarixdə mülki girov muqavilində müvəqqəti azadlıqa buraxılmışlar. Saleh Əbbasi Təbriz universitetinin kənd təssərrüfatı bölməsini bitirmiş və tələbə hərəkatının fəallarından olmuşdur. Məhərrəm Kamrani Urmiyə universitetini bitirmiş, Şəhriyar dərnəyinin fəallarından, nəşri qadağan edilmiş Oyanış dərgisinin redaktoru olmuşdur. Soydaşlarımız bu günə qədər milli fəaliyyətlərinə görə dəfələrlə həbs edilərək işgəncə və təziqlərə məruz qalmışlar. Beynəlxalq əfv təşkilatı 02-03 may 2006-ci il tarixinə Məhərrəm Kamrani və Saleh Molla Əbbasi nin dərhal azadlıqa buraxılmalarını İran hakimiyyətindən tələb etmişdir.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar