SON XƏBƏRLƏR

İranda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan Tehranda verdiyi açıqlamasında bildirib ki, sərhədin açılmayaca..

2021.10.20, 07:36
İranda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan Tehranda verdiyi açıqlamasında bildirib ki, sərhədin açılmayaca..

Gunaz.tv
Sərhəd "futbol"u "Son vaxtlar bir çox müsahibələrimdə açıq demişəm ki, dünya çempionatının seçmə mərhələsində Ermənistan və Türkiyə yığmaları arasında cavab matçına bilavasitə sərhəddən keçib gedəcəyəm. Ermənistanla Türkiyə arasındakı sərhəd ya həmin matç ərəfəsində, ya da qarşılaşmanın keçiriləcəyi gün açılacaq". İranda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan Tehranda verdiyi açıqlamasında bildirib ki, sərhədin açılmayacağını da istisna etmir: "Ola bilər dediyim vaxtda sərhəd açılmasın və söylədiklərim nikbin açıqlamalar sayılsın. İstənilən halda biz bundan ziyan çəkmərik. Dəfələrlə demişik ki, Türkiyə ilə münasibətlərimizin nizamlanması üçün heç bir ilkin şərtlə çıxış etmirik". Sərkisyanın sözlərinə görə, İrəvan qondarma "soyqırım"ın Türkiyə tərəfindən etiraf edilməsini də şərt kimi irəli sürmədiyindən Ankaranın da münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin yaradılması üçün ermənilərin "soyqırım" iddialarından imtinasını şərt təki səsləndirməyəcək. "İndi top Türkiyə tərəfdədir. Futbol məntiqinə əsaslansaq top uzun müddət meydanın Türkiyə tərəfində qalmamalıdır. Ankaranın əvəzindən danışa bilmərəm və Türkiyənin indiyədək əldə edilmiş razılaşmalardan geri çəkilməyəcəyini də söyləmək istəmirəm. Amma istənilən halda Ermənistan bu situasiyadan daha güclü çıxacaq, çünki dünya birliyi bizim Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağa hazır olduğumuzu görəcək. Erməni sahibkarların sərhədin açılmasından guya narazılıq etmələrinə gəldikdə isə, belə narazılıqları eşitməmişəm. Əgər sərhəd açılandan sonra Türkiyə malları ilə rəqabətə davam gətirə bilməyəcəyiksə, Avropa istehsalı ilə rəqabət apara bilərikmi?", - Ermənistan prezidenti deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti ilə görüşün əleyhinə deyil. S.Sərkisyan belə görüşün mayın 7-də baş tuta biləcəyini vurğulayıb. Türkiyə-Ermənistan sərhədi məsələsində Ankara ilə Bakı arasındakı son durum erməniləri xeyli sevindirir. Ermənistan İnqilabi Federasiyası - Daşnaksutyunun "Erməni Məsələsi" ("Hay Dat") bürosunun rəhbəri Kiro Manoyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, səslənən bəyanatlar adi açıqlamalar yox, mövqelərin izharlarıdır: "Bütün bunlar Türkiyə ilə Ermənistan arasındakı sərhədin bu il açılmayacağını düşünməyə imkan verir. Əgər Türkiyə tərəfi mövqeyində irəliləyişlər etməsə, sərhəd açılmayacaq. Bu, bizim ziyanımıza da deyil, çünki geosiyasi baxımdan uduzan Türkiyə olacaq, ABŞ və Avropa Birliyinin Ankaraya təzyiqləri daha da artacaq". Bu arada Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay bəyan edib ki, ermənilərin qədim paytaxtı olan Ani bərpa edilə bilər. "Bu qədim şəhərin bərpası üçün Türkiyə və Ermənistan əməkdaşlıq edə bilərlər. Bir şərtlə ki, Dağlıq Qarabağ münaqişəsi həll edilsin, Azərbaycanın erməni işğalında olan əraziləri azad olunsun. Yalnız bunlardan sonra Ermənistanla əməkdaşlığımız baş tuta bilər. Qafqazda sülhün bərqərar olunması üçün mədəniyyət sahəsindəki cəhdlər Azərbaycan tərəfindən etirazla qarşılana bilməz. Bununla belə, biz Ermənistanla münasibətləri normallaşdırmaq istəyərkən sanki Azərbaycan yoxmuş təki davrana da bilmərik. Unutmamalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar hələ də Ermənistanın işğalı altındadır. Türkiyədə isə Cümhuriyyət, Milliyyətçi Hərəkat, Ana Vətən, Demokratik Sol, Doğru Yol, Böyük Birlik, Xalq Cümhuriyyət və Milli Birlik partiyaların Ermənistanla sərhədin açılması ideyasına qətiyyətlə etiraz edirlər. Böyük Birlik Partiyasının (BBV) yeni sədri Yalçın Topçu bildirib ki, Dağlıq Qarabağt problemi həll edilməyincə sərhəd heç bir vəchlə açıla bilməz. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar