SON XƏBƏRLƏR

Ermənilər öz dövlətlərinin mövcudluğuna şübhə ilə yanaşırlar...

2021.10.20, 07:36
Ermənilər öz dövlətlərinin mövcudluğuna şübhə ilə yanaşırlar...

Gunaz.tv
"Real Ermənistan dövlətimiz yoxdur" Ermənilər öz dövlətlərinin mövcudluğuna şübhə ilə yanaşırlar Azərbaycan torpaqlarının işğalında fəal iştirak edən erməni batalyonunun komandiri Jirayr Sefilyan Ermənistanın "A1+" internet portalına açıqlamasında bildirib ki, Serj Sərkisyanın oktyabrda İstanbulda keçiriləcək futbol maçtını izləmək üçün Türkiyəyə açıq sərhədlərdən keçib gedəcəyinə inanmır. Onun qənaətinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan reallığı kifayət qədər düzgün dəyərləndirən siyasətçidir: "Ərdoğan Qarabağ münaqişəsi tənzimlənmədən Ermənistanla Türkiyə arasında hər hansı bir razılaşmanın imzalana biləcəyini istisna edib. Ola bilsin ki, bu barədə ümumiyyətlə hər hansı bir anlaşma mövcud deyil. İndi bizim hökumət elə bir vəziyyətə düşüb ki, bu barədə veriləcək istənilən qərar dövlət maraqlarına zidd olacaq. Bu gün mən Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinəyəm. Ona görə ki, bizim real dövlətimiz yoxdur. Bu baxımdan Türkiyənin baş nazirinin bəyanatını müsbət dəyərləndirirəm". Səfilyan hesab edir ki, yaxın gələcəkdə nə Qarabağ münaqişəsinin həlli, nə də Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi mümkün deyil. Sabiq batalyon komandiri (hərbi cani - red.) sərhədlərin açılmasının tərəfdarı olmadığını bildirir: "Bizim neqativ proseslərə qarşı dayanmaq üçün milli sistemimiz yoxdur. Məndə olan məlumata görə, Türkiyə ilə Ermənistan arasında aparılan məxfi danışıqlarda erməni tərəfi türklərə ölkə iqtisadiyyatına böyük sərmayələr yatırılmasını təklif edib. Türklər bu barədə düşünürlər və qeyd olunan istiqamətdə ciddi addımların atılacağı da istisna olunmur. Təsəvvür edirsiniz nə baş verəcək? Ermənistanda onminlərlə adam türklərin nəzarəti altında işləyəcək... Bu isə o deməkdir ki, onların ölkənin daxili siyasətinə təsir imkanları yaranacaq". Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar