SON XƏBƏRLƏR

Hayastan İrana, İran Hayastana həyan . İran üzdə İslam həmrəyliyi nümayiş etdirsə də...

2021.10.20, 07:36
Hayastan İrana, İran Hayastana həyan . İran üzdə İslam həmrəyliyi nümayiş etdirsə də...

Gunaz.tv
Ermənistan prezidenti Serj Sərkisyan ikigünlük səfəri çərçivəsində Tehranda İranlı həmkarı ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirlməsini müzakirə edib. İran mətbuatnın verdiyi məlumata görə, prezidentlər İranla Ermənistan əlaqələrinin dərinliyinə toxunaraq qarşılıqlı münasibətlərin bütün sahələrdə daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Prezidentlərin fikrincə, bölgədə və dünyadakı dəyişikliklər baxımından İranla Ermənistanın əməkdaşlığı zəruridir. Sərkisyanın İrana səfərinin əhəmiyyətinə toxunan Əhmədinejad Ermənistanın inkişafının bütün bölgə üçün xeyirli olacağını vurğulayıb: "Ermənistanın çiçəklənməsi, inkişafı və sabitliyi bütün regionun xeyrinədir. Bizim qarşılıqlı əlaqələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji, ticarət, nəqliyyat və digər regional, beynəlxalq sahələrdə genişləndirilməlidir". Ermənistan lideri ölkəsinin inkişafı üçün göstərdiyi yardım və qayğıya görə İran İslam Respublikasına öz təşəkkürünü bildirib: "Yerevanla Tehranın münasibətləri genişləndirilməli və qarşılıqlı əməkdaşlıq səviyyəsi yüksəldilməlidir". Ermənistan prezidenti Serj Sərkisyan həmçinin İranın dini rəhbəri Ayətullah Əli Xamneyi, İranın İslami Şura Məclis sədri Əli Laricani ilə də görüşüb. Ermənistan-İran münasibətlərini şərh edən Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri (TAM) İlham İsmayıl İranın ənənəvi siyasətini davam etdirdiyini bildirib: "İran üzdə İslam həmrəyliyi nümayiş etdirsə də, fars dövlətçiliyi nöqteyi-nəzərindən illərdir apardığı siyasəti davam etdirir". TAM rəhbəri 90-cı illərin əvvəlində İranın Ermənistana yardımını xatırladaraq, bu əlaqənin İrəvan üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi: "İranla sərhəd Ermənistan üçün həyat yoludur. Təəssüf ki, biz İranla münasibətləri ən azı elə bir səviyyəyə çatdıra bilmirik ki, Tehran Ermənistanla münasibətlərində, heç olmasa bir az mövqe ortaya qoysun". Onun sözlərinə görə, siyasəti elə qurmaq lazımdır ki, qarşıdakı dövlətdən nəyisə tələb etmək üçün müəyyən rıçaq olsun: "Hansısa nöqtədə öz mövqeyimizi güclü şəkildə ortaya qoymasaq, bizimlə heç kim hesablaşmaycaq". İ.İsmayılın qənaətinə görə, Türkiyə ilə sərhədlər açılacağı təqdirdə Ermənistanın nəqliyyat imkanları artacaq: "Proseslər onu göstərir ki, sərhədlər açılacaq. Bu zaman İran-Ermənistan-Türkiyə vasitəsilə nəqliyyat imkanları artacaq. Belə vəziyətdə Azərbaycan müəyyən məsələlərdə kənarda qalacaq". İranın Ermənistanın çox yaxın müttəfiqi olduğunu deyən, politoloq Leyla Əliyeva bunun İrəvan üçün xüsusi əhəmiyyət daşıdığını dedi: "Əvvəla Ermənistanın sərhədləri olan ölkələrdən ən çox iqtisadi əlaqələri İranladır. Münaqişə vaxtı İran həm Qarabağ, həm də Ermənistana yardım göstərib. Blokadanın effektinin zəif olmasının bir səbəbi də İranın Ermənistana yardımıdır. Əliyeva deyir ki, Azərbaycanla İranın münasibətləri heç vaxt yüksək səviyyəyə çatmayacaq. Onun sözlərinə görə, bu yalnız İrandakı siyasi sistemin dəyişməsindən sonra mümkün ola bilər. Bəkir NRƏİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar