SON XƏBƏRLƏR

İSA QƏMBƏR TÜRKİYƏYƏ DƏVƏT OLUNDU

2021.10.20, 07:36
İSA QƏMBƏR TÜRKİYƏYƏ DƏVƏT OLUNDU

Gunaz.tv
İSA QƏMBƏR TÜRKİYƏYƏ DƏVƏT OLUNDU Müsavat başqanı 2 saat Türkiyənin ünlü ATV kanalının canlı yayınında olacaq Müsavat başqanı, əski parlament sədri İsa Qəmbər bu gün günorta saatlarında Türkiyəyə yola düşəcək. Başqanı Türkiyənin ünlü ATV kanalı yeni açılmış “Arayış” adlı verilişdə iştirak etmək üçün dəvət edib. Bu gün - 15 aprel Türkiyə vaxtı ilə saat 23.20-də (Bakı vaxtı ilə 01.20) başlayacaq verilişdə 2 saat ərzində canlı yayımda Türkiyə Azərbaycan münasibətləri, Ermənistanla sərhədlərin açılması mövzusu və siyasi gündəmin başqa aktual məsələləri müzakirə olunacaq. ATV-nin İstambul Mərkəzi ofisində Müsavat başqanı İsa Qəmbərdən başqa Türkiyənin tanınmış siyasi xadimləri, fikir adamları olacaq. Canlı yayıma Azərbaycan və Ermənistandan telefonla da qoşulacaqlar. Bir növ efir duelinə çevriləcək bu verilişə baxmaq imkanı olmayanlar onun təfsilatı və Müsavat başqanı İsa Qəmbərin əsas tezisləri ilə “Yeni Müsavat”ın internet versiyasında (bir gün sonra qəzetin özündə) tanış ola biləcəklər. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar