SON XƏBƏRLƏR

İRANLA ERMƏNİSTAN ARASINDA 8 SƏNƏD İMZALANIB

2021.10.20, 07:36
İRANLA ERMƏNİSTAN ARASINDA 8 SƏNƏD İMZALANIB

Gunaz.tv
İRANLA ERMƏNİSTAN ARASINDA 8 SƏNƏD İMZALANIB Ermənistan prezidenti Serj Sərkisyanın İrana iki günlük rəsmi səfərinin sonunda - aprelin 14-də iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair 8 sənəd imzalanıb. imzalanan sənədlər aşağıdakı sahələri əhatə edib: 1. Dəmir yolu nəqliyyatı üzrə əməkdaşlıq və İran İslam Respublikasından Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi; 2. Araz Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu; 3. Azad ticarət rejiminin yaradılması; 4. Enerji sahəsində əməkdaşlıq; 5. Bank fəaliyyətinə nəzarət; 6. Neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi; 7. Sığorta sahəsində əməkdaşlıq; 8. İxracatın genişlənməsi. Həmin gün Ermənistan prezidenti Serj Sərkisyan islam respublikasının qurucusu ayətullah Xomeyninin məqbərəsinə baş çəkib. “Media forum” saytının məlumatına görə, prezidenti İranın xarici işlər naziri Mənuçehr Mottaki və digər rəsmilər müşayiət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar