SON XƏBƏRLƏR

12-Cİ DALĞADA ÇADRA ƏLEYDARLARI TUTULUB

2021.10.20, 07:36
12-Cİ DALĞADA ÇADRA ƏLEYDARLARI TUTULUB

Gunaz.tv
12-Cİ DALĞADA ÇADRA ƏLEYDARLARI TUTULUB Xəbər verildiyi kimi, Türkiyədə aprelin 13-də “Ergenekon” həbslərinin 12-ci dalğası keçirilib. Bu dəfə aralarında keçmiş və indiki 6 universitet rektoru da olmaqla 60-a yaxın professor, vətəndaş cəmiyyəti fəalları, ziyalılar saxlanılıb. Saxlanılanlar arasında universitetlərdə və məktəblərdə baş örtüsünə, çadraya qarşı çıxanlar və bununla bağlı ictimai kampaniya aparanlar, habelə qız uşaqlarını təhsilə cəlb etmək təşəbbüsü ilə çıxış edən könüllülər var. Belələrindən biri də “Doğan” media holdinqinin idarə heyətinin üzvü, “Ata, məni məktəbə göndər” şüarı altında neçə ildir Türkiyədə qızları təhsilə cəlb etmək üçün kampaniya aparan Tijen Mergendir. Onun başçılıq etdiyi kampaniya çərçivəsində bu günə qədər Türkiyənin ucqar bölgələrindən 7 minə yaxın qız uşağı təhsilə cəlb edilib. Kampaniya Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi adlı vətəndaş cəmiyyəti qurumu tərəfindən dəstəklənirdi. Bu dəfəki həbs dalğasında həmin dərnəyin ofisi və dərnəyə başçılıq edən 80 yaşlı Türkan Saylan adlı tanınmış qadın fəalın evi də axtarılıb. O, Türkiyədə Atatürkçü, müasir həyat tərzini, qadınlarda təhsili dəstəkləyən ziyalılardan biri kimi tanınır. Türkan Saylan hökuməti devirmək planlarına dəstək verməkdə şübhəli bilinir. O, ötən il prezident seçkiləri zamanı Türkiyədə keçirilən cümhuriyyəti dəstəkləmə mitinqinin təşkilaçılarından biridir. (Şəkildə: həmin mitinqdən görüntü). Saylan universitetlərdə və orta məktəblərdə qızların dərsə baş örtüsü və ya çadra ilə gəlməsinə qarşı çıxması ilə də tanınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar