SON XƏBƏRLƏR

Beynəlxalq Böhran Qrupu: «Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır»

2021.10.20, 07:36
Beynəlxalq Böhran Qrupu: «Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır»

Gunaz.tv
Beynəlxalq Böhran Qrupu: «Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır» «Dağlıq Qarabağ münaqişəsi İrəvan və Ankara arasında yekun razılaşmanın əldə olunmasını təhlükə altında qoyur» Beynəlxalq Böhran Qrupu Türkiyə-Ermənistan münasibətləri ilə bağlı hesabat yayıb. Sənəddə Ankara və İrəvan münasibətlərin normallaşması və sərhədlərin açılması istiqamətində səylərin artırılmasına çağırılır. «Belə məsuliyyətli bir vaxtda üçüncü tərəf Ermənistan və Türkiyə arasında başlanmış prosesə zərər gətirə biləcək addımlardan çəkinməlidir». Bunu Beynəlxalq Böhran Qrupunun Türkiyə və Kiprdəki layihə rəhbəri Hyu Poup deyib. Sənəddə o da bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi İrəvan və Ankara arasında yekun razılaşmanın əldə olunmasını təhlükə altında qoyur: «Türkiyə öz müttəfiqi olan Azərbaycanı inandırmalıdır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da təsir göstərə bilər. Ermənistan isə Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün Azərbaycanla birlikdə ATƏT-in Minsk Qrupunun əsas prinsiplərini qəbul etməli, Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır». Beynəlxalq Böhran Qrupunun Avropadakı proqram direktoru Sabina Freyzer isə bildirib ki, Türkiyə və Ermənistan arasında danışıqlar nəticə verməli və Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq şəraiti yaratmalıdırlar: «Türkiyə və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləməməlidir. ABŞ, Avropa Birliyi və Rusiya kimi xarici güclər nadir ortaq maraqları naminə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlərin əldə olunmasına çalışmalıdırlar». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar