SON XƏBƏRLƏR

AYƏTULLAH XAMNEYİ: “ERMƏNİ HƏMVƏTƏNLƏRİMİZ İNQİLABI MÜDAFİƏ EDİBLƏR”

2021.10.20, 07:36
AYƏTULLAH XAMNEYİ: “ERMƏNİ HƏMVƏTƏNLƏRİMİZ İNQİLABI MÜDAFİƏ EDİBLƏR”

Gunaz.tv
AYƏTULLAH XAMNEYİ: “ERMƏNİ HƏMVƏTƏNLƏRİMİZ İNQİLABI MÜDAFİƏ EDİBLƏR” Aprelin 14-də dini rəhbər ayətullah Əli Xamneyi İranda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanı və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Sərkisyanı rəsmi səfərində Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və diaspor nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və deputatlar müşayiət edir. Xamneyi qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyərək hazırkı münasibətlərin də yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə prezidentinin Tehran razılaşmalarının əmələ çevrilməsini istəyib: “Tehran səfərindəki razılaşmaları ciddi şəkildə həyata keçirin”. Ermənistan hökuməti və xalqı ilə qarşılıqlı və səmimi münasibətlərin zəruri olduğunu vurğulayan Xamneyi İran ermənilərinin tarixin müxtəlif dövrlərindəki rollarını qiymətləndirdiyini vurğulayıb: “Bizim erməni həmvətənlərimiz İraqa qarşı 8 illik müharibədə müsəlman qardaşları ilə düşmənə qarşı çiyin-çiyinə vuruşub, inqilabı və İran İslam Respublikasını müdafiə ediblər”. Xamneyi Ermənistanla qonşuları arasında sülh və əmin-amanlığın yaranması ideyasını bəyəndiyini və bu yöndə səylərin birləşdirilməsinin zəruri olduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar