SON XƏBƏRLƏR

ABŞ-Kuba münasibətlərində 50-ilin buzları açılır

2021.10.20, 07:36
ABŞ-Kuba münasibətlərində 50-ilin buzları açılır

Gunaz.tv
ABŞ-Kuba münasibətlərində 50-ilin buzları açılır ABŞ Prezidenti bildirib ki, o, Kuba liderləri ilə dialoqa hazırdır ABŞ Prezidenti Barak Obama kubalı amerikalıların Kubaya azad səfərlər etməsinə imkan verən sənədi imzalayıb. Kubalı amerikalılar həm də Kubada yaşayan qohumlarına pul göndərmək imkanı əldə edəcəklər. Bu qərarı Ağ Evin sözçüsü Robert Gibbs açıqlayıb. Ötən ay cənab Obama Kubaya tətbiq edilmiş bəzi iqtisadi sanksiyaları aradan qaldıran qanunu imzalamışdı. Cənab Gibs bu addımın Karib adasında demokratiyanı və insan haqlarını inkişaf etdirmək məqsədilə atıldığını bildirib. "Prezident dövlət katiblərinə, maliyyə və kommersiya nazirliklərinə təlimat verib ki, insanların Kubadakı ailələrinə baş çəkmək və onlara pul yardımı göndərmək imkanlarını artırmaq üçün bütün məhdudiyyətləri aradan qaldırsınlar", - deyib cənab Gibbs. O, əlavə edib ki, dəyişiklər cənab Obamanın prezident seçkiləri kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməsi deməkdir və bu qərar parçalanmış Kuba ailələri arasında körpü yaradılmasına kömək edəcək. ABŞ 1959-cu ildə Kubada Fidel Kastronun rəhbərliyi ilə baş vermiş Kommunist inqilabından sonra bu ölkəyə kommersiya blokadası tətbiq etmişdi. Regional summit "Bu məhdudiyyətlər həm də Kuba ərazisində fəaliyyət göstərmək istəyən ABŞ telekommunikasiya şirkətlərinə lisenziya üçün müraciət etmək imkanları yaradacaq", - deyib cənab Gibbs. Ekspertlər deyir ki, bu addım həm də Karib adasına internet vasitəsilə böyük informasiya axınına yol açacaq, amma bu məsələ daha çox Kuba hökumətinin yanaşmasından asılı olacaq. "Prezident Kuba xalqının daha böyük azadlığa nail olduğunu görmək istəyir", - deyib cənab Gibbs. Bu qərar cənab Obamanın bu həftə Trinidadda keçiriləcək regional liderlərin sammitinə hazırlaşdığı bir vaxtda açıqlanır. ABŞ Prezidenti bildirib ki, o, Kuba liderləri ilə dialoqa hazırdır. Amma cənab Obama həmçinin deyib ki, digər Amerika prezidentləri kimi, o da, ABŞ-ın tətbiq etdiyi embarqonu yalnız, Kubanın kommunist hökuməti demokratik seçkilərin keçirilməsi kimi mühüm addımlar atdığı təqdirdə ləğv edəcək. Kuba Prezidenti Raul Kastro deyib ki, o, ABŞ-ın yeni adminstrasiyası ilə danışıqlara hazırdır, amma heç bir ilkin şərti qəbul etməyəcək. Hələlik hər hansı diplomatik münasibətlər və yaxud ümumi ticarət embarqosunun qaldırılması barədə heç bir danışığın olmadığı bildirilir. Fidel Kastro: "ABŞ embarqoya son qoymalıdır" Keçmiş Kuba lideri Fidel Kastro ABŞ-ın qərarına münasibət bildirib və deyib ki, Prezident Obama Kubaya qarşı embarqoya bütövlükdə son qoymalıdır. "Embarqo insanların həyatı bahasına başa gəlir" Kubanın internet saytındakı yazısında cənab Kastro embarqonu "soyqırım addımı" adlandırıb və bunun insanların həyatı bahasına başa gəldiyini deyib. Cənab Kastro deyib ki, Kuba digər Amerika prezidentlərinin "törətdiyi qəddarlıqlara görə", Prezident Obamanı ittiham etməyəcək. O hazırda Kuba Prezidenti olan qardaşı Raul Kastronun danışıqlara hazır olduğunu və Kubanın suverenliyinə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar