SON XƏBƏRLƏR

BMT - Şimali Koreya ilə əməkdaşlıq dayandırılıb

2021.10.20, 07:36
BMT - Şimali Koreya ilə əməkdaşlıq dayandırılıb

Gunaz.tv
BMT - Şimali Koreya ilə əməkdaşlıq dayandırılıb BMT-nin Atom Energetikası Agentliyi bildirir ki, Şimali Koreya BMT müfəttişlərindən ölkəni tərk etməyi xahiş edib. Bundan əvvəl Pxenyan nüvə proqramının dayandırılmasına dair danışıqlardan çıxdığını bəyan edib. Şimali Koreya BATENA ilə bütün əməkdaşlığın kəsildiyini bildirib. Bununla yanaşı Pxenyan Yon Bon nüvə obyektində müşahidə kameralarının çıxarılmasını tələb edib. Şimali Koreya deyib ki, danışıqlardan müvəqqəti çıxmır və Yon Bon nüvə reaktorunu işə salacaq. Nüvə proqramının gizli sınağı məqsədilə istifadə edilən bu reaktorun bir hissəsi ötən il beynəlxaql təzyiq nəticəsində dağıdılmışdı. Amerika, Rusiya və Çin Şimali Koreyanı qərarı yenidən nəzərdən keçirməyə çağırıblar, deyilir BBC müxbirinin materialında. Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib ki, Pxenyanın danışıqlar masasına qayıdacağına əmindir. Bəzi təhlillərdə deyilir ki, Pxenyan bu yolla yeni ABŞ administrasiyanı birbaşa danışıqlara sövq etməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar