SON XƏBƏRLƏR

Türkiyə hələ də Ermənistanla sərhədlərin açılması məsələsində mövqeyini konkret ortaya qoymayıb

2021.10.20, 07:36
Türkiyə hələ də Ermənistanla sərhədlərin açılması məsələsində mövqeyini konkret ortaya qoymayıb

Gunaz.tv
Görəsən niyə? Nə üçün hər kəsin anlayacağı şəkildə ciddi açıqlamalar verilmir? Nə üçün qeyri-müəyyənliyin arxasında gizlənirlər? Xarici işlər naziri haradadır? Prezident Abdulla Gül haradadır? Niyə ağızlarını açmırlar? Ermənistana futbol matçına gedə bilirsən, bu mövzuda danışa bilmirsən?” APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal partiyasının parlament fraksiyasının toplantısında çıxışında deyib. Ermənistanın Türkiyəni soyqırımda ittiham etdiyini, dünya parlamentlərində bunu qəbul etdirərək Ankaranı sıxışdırmağa çalışdığını, ölkənin mövcud sərhədlərini tanımadığını xatırladan D. Baykal bildirib ki, Türkiyənin bu məsələyə görə kompleksə girməsinə ehtiyac yoxdur: “Bu qarayaxma kampaniyasına təslim olmağımız mümkün deyil”. O, soyqırım iddialarını ciddiyə almadığını vurğulayaraq bildirib ki, Türkiyə özünü bu məsələ ilə bağlı mütləq addım atmaq məcburiyyəti qarşısında hiss etməməlidir: “Əsl məsələ bu deyil. Ermənistanla bizim aramızdakı bu problemlər gələcəkdə tədricən həllini tapa bilər. Amma hazırda ən vacib, ən isti məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Bunu təkcə biz demirik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, BMT Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Konfransı Təşkilatının qərarlarında da erməni işğalından bəhs edilir. Bunu qulaqardına vurmağa haqqımız yoxdur. Ermənistan o torpaqlardan çıxmalıdır”. D. Baykal Türkiyənin məhz erməni işğalına etiraz əlaməti olaraq sərhədi bağladığını deyib: “Səbəb bizim ermənilərə qarşı düşmənçiliyimiz deyildi, beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə zidd işğal faktı idi. Kimsə bizə bu addımın yanlış olduğunu söyləmədi. İndi isə deyirlər bu məsələ çox uzandı, sərhədi açın. Açsaq nə olacaq? İşğal legitimləşəcək. Azərbaycanın hüquqlarının tapdanmasına və bu məqsədlə Türkiyədən istifadə olunmasına bu hökumət niyə imkan verir?” D. Baykal sərhədlərin bağlı qalmasının əslində öz təsirini göstərdiyini, Ermənistanın əhalisinin azaldığını, iqtisadiyyatının zəiflədiyini qeyd edib: “Biz qərarlılıqla Ermənistana “işğaldan vaz keç, Azərbaycan torpaqlarından çəkil” deməliyik. Türkiyəyə təslimçilik yaraşmaz”. D. Baykal Azərbaycanın qardaş ölkə olmaqla bərabər öz geosiyasi mövqeyi və malik olduğu enerji ehtiyatları baxımından da Türkiyə üçün çox önəmli olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar