SON XƏBƏRLƏR

DÖVLƏT BAXÇALI: “QARABAĞI GÜZƏŞTƏ GETMƏRİK”

2021.10.20, 07:36
DÖVLƏT BAXÇALI: “QARABAĞI GÜZƏŞTƏ GETMƏRİK”

Gunaz.tv
MHP lideri parlamentdə bügünkü çıxışında AKP hökumətini kəskin tənqid edib Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədlərin açılmayacağını bəyan etsə də, onun hökumətinin erməni məsələsi ilə bağlı siyasətinə etirazlar davam edir. Dünən MHP başqanı Dövlət Baxçalı öz çıxışında növbəti dəfə bu məsələyə geniş yer verərək AKP iqtidarını erməniləri şirnikləndirməkdə təqsirləndirib. Baxçalı deyib ki, AKP-nin Ermənistanla sərhədləri açmaq səyləri yeni deyil və 6 il yarımdır davam edən siyasətdir. Onun sözlərinə görə, hökumət əvvəldən yanlış planlaşdırdığı siyasətin məhkumuna çevrilərək Ermənistana birtərəfli güzəştlərə getməkdədir. Baxçalı erməni məsələsinin AKP üçün getdikcə içərisindən çıxa bilməyəcəyi durum yaratdığını vurğulayıb. “AKP iqtidarının ermənilərə şirin və sevimli görünmə adına etdiyi həmlələr yetərli olmayıb. “Soyqırım” iddiasını davam etdirən Ermənistana sərhəd qapılarını açmağa yönələn AKP əcdadlarımızın ruhunun mühakimə edilməsi məsələsində ümid və cəsarət verib”. Baxçalı onu da deyib ki, Türkiyəyə səfəri zamanı ABŞ prezidenti Barak Obamanın bu məsələni qaldırması hökumət üzərində xarici təzyiqlərin olduğunu göstərir. Nəticədə Ermənistanla ikitərəfli, üçtərəfli danışıqlarla davam edən proses ermənilərə güzəştə getmək mərhələsinə qədər çatıb. Baxçalı MHP-nin mövqeyini bir daha çatdıraraq deyib ki, sərhədlərin açılmasından ən çox faydalanan tərəf Ermənistan olacaq. Lakin AKP şərtləri tərsinə çevirərək Türkiyəni Ermənistanla münasibətlər qurmaq üçün xahiş edən tərəf durumuna gətirib. O, ermənilərin “soyqırım” iddialarını davam etdirdiyini, bu günə qədər Türkiyənin ərazi bütövlüyünü tanımaqdan imtina etdiyini da qeyd edib. Baxçalı əlavə edib ki, əgər Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından rəsmən əl çəksə, “soyqırım” təbliğatını dayandırsa, Qarabağ münaqişəsinin həllinə razılaşsa o zaman sərhədlərin açılmasında problem yoxdur. Əks halda Türkiyənin sərhədlərin açılması üçün xahiş edən tərəf durumuna salınmasının heç bir siyasi gərəyi olmayacaq. “Hökumətə xəbərdarlıq edirəm, Ermənistana dair yanaşma milli heysiyyata toxunacaq ölçüdədir. MHP ölkədə “soyqırım”a görə ermənilərdən üzr istəyənlərin zühur etdiyi bir dönəmdə Azərbaycanın narahatlıqlarını sonadək paylaşmaqdadır”. Türkiyədə səfərdə olan QHT təmsilçilərindən biri, “Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə “Lent.az”a məlumat verib ki, onlar MHP lideri Dövlət Baxçalı ilə görüşüblər: “Baxçalı isə bizimlə görüşündə dedi ki, “hətta siz Dağlıq Qarabağı güzəştə getsəniz də, biz güzəştə getmərik. Dağlıq Qarabağ məsələsində heç nəyə güzəştə getmərik, sona qədər Azərbaycanın yanındayıq. Heç kəs o sərhədi Qarabağ məsələsi həll olunmadan aça bilməz. Biz yerinə canlı sərhəd hörərik, ancaq sərhədin açılmasına imkan vermərik”. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar