SON XƏBƏRLƏR

Ermənistan və İran prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə dialoqunu müzakirə ediblər

2021.10.20, 07:36
Ermənistan və İran prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə dialoqunu müzakirə ediblər

Gunaz.tv
Ermənistan və İran prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə dialoqunu müzakirə ediblər Ermənistan və İran prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistanla Türkiyə arasında siyasi dialoqun qurulması yönündə danışıqların yekunlarını müsbət qiymətləndiriblər. APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı xəbərə görə, aprelin 13-də İrana rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyan həmkarı Mahmud Əhmədinejatla görüşündə ona Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Ermənistan-Türkiyə danışıqları haqqında məlumat verib. Onlar bütün problemlərin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq əməkdaşlıq, sülh və sabitliyi bölgə xalqlarının rifahı və inkişafında önəmli faktor kimi dəyərləndiriblər. S. Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə M. Əhmədinejata təşəkkür edib. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, Araz çayı üzərində hidroelektrik stansiyanın tikintisi, enerji, nəqliyyat sahələrində qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar