SON XƏBƏRLƏR

Tarix və qondarma "həqiqətlər"

2021.10.20, 07:36
Tarix və qondarma "həqiqətlər"

Gunaz.tv
Tarix və qondarma "həqiqətlər" Alman mütəfəkkirlərdən biri vaxtilə "tarixin verdiyi dərslərdən nəticə çıxarmayanlar yeni-yeni dərslərlə üzləşməli olacaqlar" söyləmişdi. Bu qənaətin doğruluğuna əmin olmaq üçün uzağa getmək lazım deyil, sadəcə Azərbaycan tarixinin müxtəlif dövrlərdən bəhs edən kitabları bir azca vərəqləmək kifayətdir. Eyni tipli, eyni mahiyyətli səhvləri təkrar etməyimiz, tarixin verdiyi dərslərdən nəticə çıxarmamağımız hər zaman bizə baha başa gəlib. Səlcuq Təəssüf ki, osmanlı türkləri də bəzi hallarda bu cür səhvlərə yol veriblər. Tarixin verdiyi dərslərdən nəticə çıxarmamağın ümumən türklərdə mərəz səviyyəsinə çatdığını da söyləmək mümkündür. Əgər belə olmasaydı yəqin ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ümumiyyətlə, müzakirə mövzusu olmazdı. Ermənilərin qondarma soyqırımı demək olar ki, bütün dünyada tanıtmasından sonra onlarla hər hansı normal münasibətin qurulmasına ümid etmək ən azı sadəlöhvlükdür. Ermənilərin türklərə qarşı bütün cəbhə boyu hücuma keçdiyi bir vaxtda bizlərin də üzərinə düşən bu hücumların qarşısını almaq, zərərsizləşdirmək olmalıdır, daha sərhədlərin açılıb-açılmayacağını müzakirəyə çıxarmaq yox. Azərbaycanda yaşayanların bu məsələdən narahatlıq keçirməyə haqqı var, etirazların bildirilməsi də təbiidir, AKP iqtidarının yanlış addımların atılmasından çəkinməsi lazımdır. Maraqlı məqamdır ki, ermənilər olmayan şeyləri həqiqət kimi dünyaya sırımağı bacarıblar, ancaq türklər onlara qarşı törədilmiş soyqırımları, zülm və haqsızlıqları dünyada hələ qəbul etdirə bilməyiblər. Yada salaq ki, erməni soyqırımı məsələsi heç bir sənəddə rəsmi olaraq öz əksini tapmayıb. Aronyan adlı bir erməni jurnalistin 1920-ci ildə Fransada qəzetlərdən birində qondarma soyqırımla bağlı məqalə çap elətdirməsindən sonra ermənilər qondarma həqiqətləri bütün dünyada yaymağa başlayıblar. Beləliklə də "erməni soyqırımı" məsələsi gündəmə gəlib. Bu türklərin andraniklərə etdikləri yaxşılıqlara görə, erməni xislətinə uyğun "təşəkkür" idi. Çünki o dövrlərdə nəinki ermənilərə qarşı "soyqırım" olmayıb əksinə, türklər ermənilərdən bir çoxunu xilas ediblər. Birinci dünya müharibəsində ermənilərin də məskunlaşdığı Qafqaz cəbhəsi bölgəsindəki dinc əhalini türklər təhlükəsiz, döyüş getməyən ərazilərə köçürüblər. Nəticədə ermənilərin bir çoxu müharibənin odunu- alovunu hiss etməyib, canlarını rahat yerə qoyub türklərə qarşı müxtəlif məkrli planların həyata keçirilməsinə başlayıblar. Müharibə vaxtı Türkiyə vətəndaşı olan, türklərin çörəyinin yeyən, bu torpaqlarda böyüyən ermənilər türklərə arxadan zərbə vurmaqla növbəti dəfə özlərinin iç üzünü açıblar. Ermənilərin kütləvi şəkildə Rusiya və Fransa tərəfə keçib, Balkan və Qafqaz cəbhəsində türklərə qarşı vuruşmağa başlaması ciddi problemlər yaradıb. Türkiyə hökuməti isə məcburiyyət qarşısında qalaraq 1915-ci il aprelin 24-də ermənilərin həmin ərazilərdən köçürülməsi, türklər əleyhinə təblğat aparanların həbs edilməsi barədə qərar verdi. O da maraqlıdır ki, həmin vaxtlarda Türkiyənin vəziyyəti ürəkaçan deyildi, əksinə acınacaqlı idi, desək, səhv etmiş olmarıq. Ancaq buna baxmayraq Türkiyə hökuməti tərəfindən köçürülən ermənilərə hər cür maddi və mənəvi yardım, dəstək göstərilmişdi. Köçürülən ermənilərin ərzaq təminatı, nəqliyyat və mühafizə problemini Osmanlı imperatoru həll etmişdi. Ermənilər məhz bu köçürülməni soyqırım kimi təqdim edir. Bir məqama da diqqət yetirək ki, Fransa, İngiltərə, ABŞ, İtaliya, Yunanıstanın həmin dövrdə Türkiyəyə böyük basqıları vardı. Türkiyənin ərazisi demək olar ki, parçalanmışdı və bu dövlət məhv olmaq təhlükəsində idi. Belə bir zamanda türklərin böyük dövlətlərlə mübarizəni bir kənara qoyub, gücünü, qüvvəsini bir qrup erməniyə sərf etməsi heç inandırıcı görsənmir və məntiqəuyğun deyil. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, adını çəkdiyimiz dövlətlər sonralar öz əməllərinə haqq qazandırmaq üçün ermənilərə dəstək verməklə onların qondarma soyqırım məsələsini gündəmə gətirməsinə nail olublar. İndinin özündə də həmin dövlətlər "soyqırım" məsələsindən türklərə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Türkiyədə o vaxtki proseslərin necə cərəyan etdiyini güman ki, hamı çox gözəl bilir. Sadəcə təəssüf doğrur ki, tarixi həqiqətlərin bilindiyi halda belə bəzən ermənilərlə qardaşlıqdan danşılır. Hər halda ümid edək ki, Ərdoğan verdiyi son bəyanata sadiqlik nümayiş etdirərək türk dünyasını tarixin növbəti dərslərilə qarşı-qarşıya qoymayacaq. Təbii ki, ermənilərin türklərə qarşı törətdikləri soyqırımlar da unudulmamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar