SON XƏBƏRLƏR

Artur Rasizadə Əli Babacanı hədələyib

2021.10.20, 07:36
Artur Rasizadə Əli Babacanı hədələyib

Gunaz.tv
Türkiyə-Azərbaycan münasibətləri pisləşib AKP-çi deputatlar Bakıya gəlməkdən imtina etdi AKP-dən olan millət vəkilləri aprelin 15-də «Türkiyə və Azərbaycan, ortaq maraqlar və problemlər» mövzusunda Bakıda keçiriləcək forumda iştirak etməyəcəklər. Böyük Millət Məclisində Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, hakim AKP-nin Konyadan olan təmsilçisi Mustafa Kabakçı «Azadlıq» radiosunun İstanbuldakı müxbiri Mais Əlizadə ilə söhbətində belə deyib. AKP və Türkiyə parlamentində təmsil olunmuş iki digər partiyanın nümayəndələrini Bakıya Milli Məclisin azlıqda olan partiyaları dəvət edib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Türkiyənin hakim partiyasının da dəvətlilər arasında olduğunu deyib. Lakin Kabakçı deyir ki, sözügedən forumda iştirak üçün Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri onlara rəsmi dəvət göndərməlidir. Ən əsası isə belə bir səfər üçün AKP-nin səlahiyyətli orqanları qərar verməlidir. Mustafa Kabakçının sözlərinə görə, əslində Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirə etməli bir şey də yoxdur. Çünki bu barədə AKP-nin mövqeyini baş nazir Rəcəb Tayyib Ərdoğan ifadə edib. Və məsələnin nə yerdə olduğunu Azərbaycanda da hamı bilir. Artur Rasizadə Əli Babacanı hədələyib Baş nazir «əgər bu şəkildə davam etsəniz sizinlə münasibətlərimiz Özbəkistanla münasibətlərinizdən daha pis hala gələr» deyib Türkiyə-Azərbaycan münasibətlərində gərginliyə dair yeni xəbər yayılıb. “Hürriyet” qəzetinin köşə yazarı Metehan Dəmir yazır ki, bu günə qədər Türkiyə-Azərbaycan münasibətlərində ən ciddi böhran xarici işlər naziri Əli Babacanın Azərbaycana səfəri zamanı yaşanıb: “Babacan Bakıda baş nazir Artur Rasizadə və prezident İlham Əliyevlə də görüşüb. Baş nazir görüşdə Babacana Ermənistanla münasibətlərdə Türkiyənin atdığı addımlardan narahatlığını dilə gətirib. Olduqca etibarlı mənbədən alınan və bir çox insanın şahid olduğu görüşdən sızan məlumata görə, Rasizadə bu sərt ifadələri işlədib: “Çox yaxşı bilirik ki, Türkiyə bizə tam bilgi vermədən torpaqlarımızı işğal edən Ermənistanla bir müddətdir pərdə arxasında müzakirələr aparır. Mətbuatda, ictimaiyyətdə sərhədlərin açılması da daxil olmaqla yeni addımlar atılması məsələsində iki tərəfin razılaşdığı deyilir. Bütün bunları üzülərək izləyirik. Ancaq sizə bunu deyim, siz ermənilərlə davamlı görüşə və yeni addımlar planlaşdırla bilərsiniz, lakin Türkiyə və Ermənistan hökumətləri bunu bir yerə qədər edə bilər. Bu nöqtədən daha irəli getməyə isə Türkiyə və Azərbaycan xalqları izin verməz. Bunu unutmayın. Əgər bu şəkildə davam etsəniz, üzülərək deyirəm, sizinlə münasibətlərimiz Özbəkistanla münasibətlərinizdən daha pis hala gələr”. M.Dəmir yazır ki, bir anda gərginlik yaradan bu sözləri Babacan sakit qarşılayıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar