ABŞ və İran nümayəndələri Pakistanda görüşə hazırlaşsa da, tərəflər arasındakı atəşkəs sülhə doğru atılmış addımdan daha çox, davam edən müharibədə kövrək fasiləni xatırladır.
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ və İran nümayəndələri Pakistanda görüşə hazırlaşsa da, tərəflər arasındakı atəşkəs sülhə doğru atılmış addımdan daha çox, davam edən müharibədə kövrək fasiləni xatırladır.
Atəşkəsin şərtləri barədə aydınlıq yoxdur, üstəlik, nə Vaşinqton, nə də Tehran bu atəşkəsi rəsmi razılaşma kimi təqdim etmir.
Təminatların, icra mexanizmlərinin, vasitəçilərin olmaması isə razılaşmanın nə qədər gövrək olduğunu bir daha göstərir.
Prezident Donald Tramp qələbə elan edib, Tehran nəticəni “tarixi nailiyyət” kimi təsvir edib, İsrailin Baş naziri Benyamin Netanyahu isə razılaşmaya yalnız qismən dəstək verib.
Müharibənin mürəkkəbliyi, o cümlədən Ərəb körfəzi boyunca ərəb dövlətlərinin və müxtəlif proksi qüvvələrin iştirakı hazırda hərtərəfli həlli çətinləşdirir.
Vaşinqtonun baxışı
ABŞ müharibəyə bir neçə məqsədlə daxil olmuşdu: İranın nüvə proqramını zəiflətmək, “Müqavimət oxu”nu sarsıtmaq. Bəzi dairələr isə hətta rejim dəyişikliyini də gündəmə gətirirdi. Əsas məqsəd isə İsrailə və regiondakı digər ölkələrə qarşı İranın təhdid imkanlarını azaltmaqla regional güc balansını dəyişmək idi.
Amerikalı rəsmilərin sözlərinə görə, əməliyyat zamanı təxminən 13 min hədəf vurulub; bunlara raket infrastrukturu, dəniz obyektləri və İranın hava hücumundan müdafiə sistemləri daxildir. Bir neçə yüksək vəzifəli şəxsin öldürülməsindən sonra İranın hərbi komanda strukturu da ciddi şəkildə pozulub.
Bununla belə, ABŞ-ın əsas məqsədləri hələ də tam həll olunmayıb. İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı nəzarət altına alınmayıb və raket proqramının bəzi hissələri əməliyyat qabiliyyətini qoruyur.
Eyni zamanda, Vaşinqton Tehranın Hörmüz boğazı vasitəsilə göstərə biləcəyi təsir imkanlarını yetərincə qiymətləndirməmiş ola bilər. İranın boğazı bağlaması qlobal enerji bazarında kəskin şoka səbəb olub və Tramp administrasiyasına ciddi təzyiq yaradıb. Bu amillər, ehtimal ki, Vaşinqtonun həll olunmamış məsələləri danışıqlara yönəltmək qərarına təsir edib.
Ona görə də, Amerikanın 100/100-lük bir nəticəyə nail olduğunu söyləmək olmaz.
Tehranın baxışı
İslam Respublikasının daxili vəziyyətini qiymətləndirmək çətindir, çünki geniş internet məhdudiyyətləri mövcuddur. Bununla belə, Tehranın atəşkəsi qəbul etməsi hərbi və infrastruktur sahələrinə vurulan zərərin ciddi olduğunu göstərir.
Müharibə həm də bir neçə yüksək vəzifəli şəxsin, o cümlədən Ali rəhbər Əli Xameneinin öldürülməsindən sonra İranın komanda strukturunda ciddi dəyişikliklərə səbəb olub.
Hava hücumundan müdafiə sisteminin böyük hissəsinin sıradan çıxması siyasi hakimiyyət mərkəzini davamlı hücum riskinə açıq vəziyyətə gətirib və yeni zərbələrin mümkünlüyünü daimi təhlükə kimi saxlayır.
Eyni zamanda, İran rəhbərliyi başqa bir strateji risklə üzləşib: daxili qeyri-sabitlik. Elektrik və yanacaq infrastrukturundakı pozuntular, yeni rəhbərliyin zəif legitimliyi ilə birlikdə, artıq dəfələrlə etiraz hərəkatları yaşamış cəmiyyətdə mümkün narazılıqları artırıb.
Mühafizəkar qrup atəşkəsi tənqid edərək hökuməti təzyiq qarşısında geri çəkilməkdə ittiham ediblər. Lakin rəhbərlik, görünür, daxili vəziyyəti sabitləşdirmək üçün müvəqqəti fasilənin zəruri olduğu qənaətinə gəlib.
Tehran həmçinin Hörmüz boğazının bağlanması ilə təsir imkanları qazandığını düşünür. Məlumatlara görə, İran hər gəmi üçün təxminən 2 milyon dollar tranzit haqqı tələb edir. Belə bir sistem normal daşımalar həcminə tətbiq olunsa (bu sadəcə fərziyyədir) nəzəri olaraq illik on milyardlarla dollar gəlir gətirə bilər.
Kövrək atəşkəs
Elan edildikdən qısa müddət sonra parlament sədri Məhəmməd Baqir Qalibaf — hazırda İranın danışıqlar qrupuna rəhbərlik edir — bildirib ki, atəşkəs çərçivəsinin üç müddəası artıq pozulub: İsrailin Livana hücumları, İranın zənginləşdirmə hüquqları və İran hava məkanına düşmən dronunun daxil olması.
Məsələləri daha da mürəkkəbləşdirən amil vasitəçilik strukturunun özüdür. Pakistan həm Vaşinqton, həm də Tehranla münasibətləri olan müsəlman dövləti kimi məntiqli vasitəçi görünsə dən İslamabadın təsir imkanları məhdud görünür. Netanyahunun Baş nazir Şahbaz Şərifin atəşkəsin Livanı da əhatə etdiyini deməsinə etiraz etməsi diqqət çəkən məqam idi.
Körfəz Əməkdaşlıq Şurası ölkələrinin və Livanın danışıqlarda iştirak etməməsi də struktur zəiflik yaradır, çünki bu aktorlar münaqişəyə dərindən cəlb olunublar.
Bununla belə, qarşıdakı danışıqlarda əsas məsələ nüvə problemi olacaq. Vaşinqtonun sıfır zənginləşdirmə tələbi ilə Tehranın bu hüququ qorumaq israrı arasındakı ziddiyyətin aradan qaldırılması çətin görünür. İranın mövcud uran ehtiyatının taleyi də qeyri-müəyyən olaraq qalır.
Livan cəbhəsi də potensial gərginlik nöqtəsidir. Tehran üçün Hizbullahdan imtina “Müqavimət oxu”nun dağılması demək olacaq. İran rəsmilərinin Livandakı şiə icmalarını müdafiə etmək barədə son bəyanatları bu istiqamətin atəşkəsi poza biləcək potensiala malik olduğunu göstərir.
Beləliklə, atəşkəs nə münaqişənin sonudur, nə də davamlı sülhün başlanğıcıdır. O, daha çox davam edən qarşıdurmada müvəqqəti fasilədir.
Müharibə tərəflərdən heç birinə qalıcı razılaşmanı diktə edəcək həlledici üstünlük verməyib. Hər iki tərəf indi döyüş meydanındakı nəticələri diplomatik təsir vasitəsinə çevirməyə çalışır. Lakin mövcud məlumatlara əsasən, danışıqların tərəflərdən hər hansı birinin istədiyi həlledici nəticəni verməsi ehtimalı az görünür.
- Cəfər Cəfərli
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib