SON XƏBƏRLƏR

Ermənistanda müxalifətçilərə divan tutuldu

2021.10.20, 07:36
Ermənistanda müxalifətçilərə divan tutuldu

Gunaz.tv
Ermənistanda müxalifətçilərə divan tutuldu Müxalifətin dinc aksiyası polis tərəfindən zorakılıqla dağıdılıb Ermənistandakı müxalif Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan həbs edilib. Konqresin mətbuat xidmətinin məlumatına görə, dünən axşam İrəvanın Şimal prospektində müxalifət tərəfdarları «siyasi gəzinti» adlanan aksiya keçirməyə cəhd göstərib və xüsusi təyinatlı polis dəstələri aksiyanın qarşısını alıb. Məlumatda deyilir ki, polis əməkdaşları aksiya iştirakçılarına qarşı zor da tətbiq edib. Levon Zurabyanla yanaşı daha 9 nəfər də həbs edilib. Aksiyanın qarşısı alınarkən jurnalist David Calalyan da döyülüb. Nəticədə «A1+» telekanalının əməkdaşı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar