İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
GünAz TV: ANS TV-nin əməkdaşı Ayaz Nizamoğlu həftəlik “Hesabat” proqramı üçün İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotemdən özəl müsahibə götürüb.
Müsahibəni olduğu kimi təqdim edirik:
Hesabat: Cənab səfir əvvəlcə müsahibə verməyə razı olduğunuz üçün sizə minnətdarlığımızı bildiririk. İlk sualım məhz bu həftə İran və İsrail arasında müşahidə olunan qarşılıqlı ittihamlar və iki ölkə arasında hökm sürən gərginliklə bağlıdır. Hindistanda, Taylandda və hətta Qafqazda - Gürcüstanda İsrail səfirliyinin əməkdaşlarına qarşı terror hücumu baş verdi. Rəsmi Tel Əviv bu hadisələr baş verəndən sonra dərhal İranı ittiham etdi. Soruşmaq istərdik ki, niyə məhz İran?
Mixail Lavon Lotem: Çünki biz bütün hadisələrdə İranın izlərini tapırıq, bütün dəllilər İrana gətirib çıxarır. Buna görə də İranın adını çəkirik. Sualınıza cavabım bu qədər asan və bu qədər aydındır. Taylandda partlayışları törədənlərdə də, polislə qarşıdurmaya girənlərdə də İran pasportları olub, bu, İranın bu məsələdə əlaqəli olduğunu göstərir. Bütün sübutlar açıq-aşkardır.
Hesabat: Bu hadisələrlə bağlı İran rəsmilərinin də kifayət qədər ciddi qəbul ediləcək ittihamları var. Bu terror aksiyalarının İsrail xüsusi xidmət orqanlarının törətməsini onlar əsas arqument (dəlil) kimi irəli sürürlər. Siz bu ittihamlara necə cavab verərsiniz ?
Mixail Lavon Lotem: Sadəcə onu demək istəyərdim ki, İran dövləti nüvə silahı hazırlamadıqlarını da deyir, nə olsun ki, bütün dünya başqa cür fikirləşir. Ona görə də İranın bəyan etdikləri ilə reallıq heç də həmişə üst-üstə düşmür. Bu hadisədə olduğu kimi .
Hesabat: Bu hadisə baş verəndən sonra İsrailin xarici dövlətlərdəki səfirliklərinə təhlükəsizliyin artırılması tələbi ilə xüsusi təlimat verilib. Bəs siz Azərbaycanda mühafizənizdən razısınızmı?
Mixail Lavon Lotem: Bu suala cavabı mənim görüntümdən də ala bilərsiniz. Gördüyünüz kimi mən öz təhlükəsizliyimlə bağlı kifayət qədər əminəm. Və sizin təhlükəsizlik orqanlarınıza tamamilə güvənirəm. İran xüsusi xidmət orqanları tərəfindən burada bizim təhlükəsizliyimizin pozulması ilə bağlı bir sıra cəhdlər olub. Amma bunların qarşısı alınıb. Ona görədə mən burada öz təhlükəsizliyimdən çox arxayınam .
Hesabat: Son bir neçə aydır dünya mətbuatının əsas gündəmində olan xəbər isə İranın yox, məhz İsrailin İslam ölkəsinə qarşı müharibəyə başlamaq niyyətində olduğudur. Hətta deyilənə görə, İsraildəki nüvə reaktoru da məhz bu səbəbdən dayandırılıb ki, olası qarşıdurma nəticəsində ciddi fəsadlar ortaya çıxmasın. Sizin bu yayılan xəbərlərə münasibətiniz necədir ?
Mixail Lavon Lotem: İranın hərbi xarakterli (mahiyyətli) nüvə proqramı məsələsi yeni bir şey deyil. Mən on illərdir bu proqram ətrafında danışıqların aparıldığını xatırlayıram. İranla dialoqa inananlar və yaxud bunu dəstəkləyənlər əsasən Avropa ölkələridir və onlar da artıq müharibə ehtimalını qəbul edir, üstəlik İranla səmimi dialoqa dair olduqca qeyri nikbin mövqedədirlər. Son günlər İranın nüvə proqramı sanki beynəlxalq və dünya probleminə çevrilib. O, nə Aralıq dənizi regionu, nə Qafqaz, nə də Yaxın Şərq problemidir. Bu əsl dünya problemdir. İran, nüvə potensialı olan ölkədir. Onun peyk (mahvarə) buraxma imkanları da var. İrandan doğan təhlükə bu gün Avropaya, sabah isə Avropadan daha uzaq məsafələrə gedib çıxa bilər. Mən nikbin olmaq istəyirəm. Və elə hamı nikbin olmağa çalışsın və İrana qarşı tətbiq edilməkdə olan sanksiyalara (təhrim) baxaq. Biz artan və güclənən sanksiyaların öz təsirini göstərəcəyini görəcəyik. Burada başqa ssenari qurmağa ehtiyac yoxdur. Ssenarilər ortalıqdadır və hamı onlardan nə vaxtsa istifadə edə bilər. Ümid edirik ki, sanksiyalar İran rejiminə təsir göstərəcək, İranı danışıqlara qayıtmağa və öz hərbi nüvə proqramından imtina etməyə təşviq edəcək.
Hesabat: Əgər xəbəriniz varsa, Azərbaycanın İrana göndərdiyi notaya cavab olaraq qarşı tərəf də nota göndərib. Və həmin sənəddə İran tərəfi iddia edir ki, guya İsrail xüsusi xidmət orqanları İrana qarşı Azərbaycan ərazisindən istifadə edirlər. İran Xarici İşlər Nazirliyi bu ittihamı məhşur bir ingilis nəşrində çıxan məqaləyə istinad edərək səsləndirir. İlk dəfə olaraq məhz sizdən bununla bağlı rəsmi Tel Əvivin mövqeyini öyrənmək istərdik.
Mixail Lavon Lotem: Fikrimi qısaca və aydın ifadə etmək istəyərdim. Mən sizin diplomatların, Xarici İşlər Nazirliyinin diplomatlarının bu məsələ ilə bağlı çıxışlarını eşitmişəm. Deyə bilmərəm ki, bu məsələdə onlardan daha yaxşı fikir ifadə edə bilərəm. Təbii ki, həmin jurnalistlə danışanın kim olduğunu bilmirəm, amma hesab edirəm ki, əksəriyyət öz təxəyyülünü işə salır, lakin bu cür məqalənin hazırlanmasında və bundan sonrakı addımları atmaqda kimin maraqlı olduğunu bilmək üçün çox təxəyyülə ehtiyac yoxdur. Bəli, bu cür müsahibənin yaxud məqalənin hazırlanmasının kimin maraqlarında olduğu bizi düşündürür. Bu günlərdə İran xüsusi bir vəziyyət içərisindədir. O, Suriyada minlərlə insanı öldürən hakimiyyət rejimi ilə əməkdaşlıq edir, onun “Hizbullah”la əlaqələri də buna təsir göstərir. Onların “Həmas”la da münasibətləri əvvəlki tək isti deyil. Avropa Birliyi İranın neft sənayesinə əlavə sanksiyalar tətbiq etmək qərarı verdi. ABŞ (Amerika Birləşmiş Ştatları) İranın təkcə neft sənayesinə deyil, onun Mərkəzi Bankına da sanksiyaların tətbiq edilməsini təklif etdi və bu, İranın daxili inkişafına mənfi təsir göstərdi. İran üçün oyun müxtəlif aspektlərdə (cəhərlərdə) dəyişməkdədir. Deyərdim ki, İran Gürcüstanda terror aktına (əməl) cəhdin, Delhidə, Banqkokda terror aktlarının arxasında dayanır və bununla biz həm də İranın bütün istiqamətlərə zərbə vurmağa başladığını görürük. Düşünürəm ki, İran açıq-aşkar hadisələrin gedişatını dəyişmək istəyir. Hesab edirəm ki, sözügedən məqalə də bunun bir davamıdır. N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib