ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
"İranda 38 milyon azərbaycanlı yaşayır" Abbasəli Həsənov: "İran rəsmiləri ölkə əhalisinin 52 faizinin azərbaycanlı olduğunu bəyan edirlər" Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın 10-da Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı gözlənilir. Bu barədə mətbuata açıqlamasında Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib. Onun sözlərinə görə, zirvə toplantısında müzakirə olunacaq əsas məsələlər qlobal maliyyə böhranı fonunda iqtisadi əməkdaşlıqla bağlı olacaq: "Eyni zamanda beynəlxalq tədbirlər dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi üçün də münbit şərait yaradır və hər bir prezident bu imkandan istifadə etməyə çalışır. Zirvə görüşü çərçivəsində Azərbaycan və İran prezidentləri arasında görüşün keçiriləcəyi də gözlənilir. Bu görüşdə müzakirə oluna biləcək məsələlərlə bağlı hazırlıq işləri görülür. Biz mütəmadi iclaslar keçiririk. Həmçinin Tehran bəyannaməsinin və digər sənədlərin hazırlanması üzərində də iş aparılır". Murad Yenigün Səfir Abbasəli Həsənov Azərbaycanın xarici iqşlər naziri Elmar Məmmədyarovun ölkəmizin İranı neft və qaz sahəsində əməkdaşlığa çağırması barədə açıqlamasına rəsmi Tehranın müsbət yanaqşdığını qeyd edib: "İran bu sahədə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Sadəcə, hər iki tərəfdən səslənən bəyanatları düzgün dəyərləndirmək və əməkdaşlıq niyyətlərini gerçəkləşdirmək lazımdır". İran rəsmilərinin "Nabucco" layihəsilə bağlı açıqlamalarını dəyərləndirən Abbasəli Novruzov bu barədə məlumatlı olduğunu dilə gətirib: "İran "Nabucco" layihəsinə qoşulmaqda maraqlı görünür. Bu barədə bəyanatlarla mətbuatda tanış olmuşam. Bilirsiniz ki, Azərbaycan bu layihənin həyata keçirilməsində ən çox maraqlı olan ölkələrdəndir. Əgər digər maraqlı tərəflər İranın "Nabucco" layihəyəsinə qoşulmasına etiraz etməsələr, Azərbaycan bu təşəbbüsləri dəyərləndirə bilər". Səfir İran azərbaycanlılarının (Güney Azərbaycan türkləri - red.) təqib olunması barədə mətbuat orqanlarında yayımlanan məlumatlara münasibətini də açıqlayıb: "Dəqiq olmayan məlumatlara qarşı çıxış edəndə məni az qala xəyanətdə ittiham edirlər. Mən həmişə deyirəm, Abbasəli Həsənov mətbuat üçün sensasiyalı bəyanatlarla çıxış edə bilməz. O, rəsmi şəxsdir - səfirdir. Mənim üçün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı əzizdir. Ancaq mən İranda Azərbaycan Respublikasını təmsil edirəm. Əgər Azərbaycanda kimsə "Cənubi Azərbaycan" yazırsa, o zaman burada da "Şimali Azərbaycan" termini işlədilir. İranda "Şimali Azərbaycan" adlı jurnal nəşr olunur. Buna rəsmi etirazımı bildirəndə mənə "Cənubi Azərbaycan" haqqında dərc olunan məqalələri göstərdilər. Biz 21-ci əsrdə yaşayırıq. Bu yüzildə dövlətlərarası münasibətlərlə bağlı müxtəlif çərçivələr var. Heç kimin başqa bir ölkənin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur. İranın 75 milyon əhalisi var. İran rəsmiləri ölkə əhalisinin 52 faizinin azərbaycanlı olduğunu bəyan edirlər. Bu isə o deməkdir ki, burada 38 milyon azərbaycanlı yaşayır. Belə anlaşılır ki, bu insanlar necə yaşamaq istədiklərini özləri bilmirlər? Bəziləri özlərini həddən artıq ağıllı hesab edir və başqaları üçün resept verirlər. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bizim onsuz da problemlərimiz yetərincədir. Bizə yeni problemlər lazımdırmı? Bəziləri ucuz təbliğatla özlərinə dividend qazanmağa çalışırlar. Bizim üçün bir düşmən də yetərlidir. Nə üçün özümüzə yeni düşmənlər yaratmağa çalışmalıyıq". Söz ardı Azərbaycanın İran İslam Respublikasındakı səfiri Abbasəli Həsənovun "Day.Az"a müsahibəsini nöqtəsinə-vergülünə toxunmadan dərc edirik. Səfirin rəsmi şəxs olduğunu və bu səbəbdən də müvafiq diplomatik normalara uyğun hərəkət etmək və danışmaq məcburiyyətində olduğunu da başa düşürük. Zənnimizcə, Azərbaycanda Abbasəli Həsənovdan sensasion bəyanatlar gözləyən yoxdur... Ancaq hörmətli səfirin Güney Azərbaycanda, öz tarixi vətənlərində yaşayan soydaşlarımızın problemləri haqqında yazan mətbuat orqanlarına qarşı lazım gəldiyindən daha sərt ittihamlar səsləndirməsilə heç bir halda barışa bilmərik. Abbasəli Həsənov bildirir ki, heç bir kəsin digər ölkənin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur və eyni zamanda 21-ci əsirdə yaşadığımızı da xatırladır. Təbii ki, feodal dövründə deyil, 21-ci əsrdə yaşayırıq və müasir dünyada insan hüquq və azadlıqları heç bir dövlətin daxili işi sayılmır. Bunu başa düşmək üçün "İnsan hüquqlarının qorunması və əsas azadlıqlar" haqqında 1950-ci ildə qəbul edilmiş Roma Konvensiyasını və digər müvafiq beynəlxalq hüquq aktlarını, sadəcə diqqətlə oxumaq yetərlidir. Digər tərəfdən, əgər İran İslam Respublikası Fələstində, İraqda və digər ərazilərdə insan hüquq və azadlıqlarının pozulmasıyla bağlı bəyanatlar verirsə, o zaman Azərbaycan mediasının öz soydaşlarının hüquqlarının məhdudlaşdırılmasıla bağlı bu və ya digər məlumatı yayımlaması nə üçün "dividend qazanmaq" kimi yozulmalıdır. Səfirin diqqətinə çatdıraq ki, indi Azərbaycanda məhz bu qəbildən olan məsələlərə görə dividend qazanmaq mümkün deyil. Dividend qazanmağın yolunu isə, bizim qənaətimizə görə, hörmətli səfirimiz yaxşı bilir... O ki, qaldı "düşmən axtarışı" məsələsinə, bu da yetərincə nisbi bir anlayışdır. "Xalq Cəbhəsi" qəzeti və Güney Azərbaycanda baş verən proseslər haqqında ciddi məlumatlar yayımlayan media qurumlarının heç biri düşmən axtarışında deyillər. Əgər bu və ya digər ölkə, yaxud şəxs konkret hərəkətlərlə öz düşmənçiliyini büruzə vermirsə... Bəlkə İran-Ermənistan əməkdaşlığının bütün detallarını yada salaq? Bəlkə Azərbaycan ərazilərinin işğalı zamanı İran tərəfindən Ermənistana edilən yardımlardan danışaq? Bəlkə onu da xatırladaq ki, prezident seçkilərində rəqib olan Levon Ter-Petrosyan və Serj Sərkisyan Azərbaycan ərazilərinin işğalı zamanı Meğri keçid məntəqəsinin Ermənistan üçün "həyat yol"u olduğunu bəyan edirdilər... Biz "dövlətlərarası münasibətlərin diqtə etdiyi şərtləri və buna uyğun atılan addımları yaxşı anlayırıq. Qətiyyən xəyanətkar axtarışında deyilik, ancaq bir çox hallarda bəzilərinin "Roma papasından daha çox katolik olmaq" üçün sərgilədikləri mövqenin səbəbini izah edə bilmirik. Çünki bir çox hallarda susmaq daha gözəldir. Xüsusilə də diplomatlar üçün...
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio