ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Tofiq Türkel Vəhabilik barədə bu yazının internet-qəzetin səhfiəsinə çıxmasına səbəb Azərbaycanda əsasən vəhabilərin toplandığı yer kimi tanınan "Əbubəkr" məscidində bu il avqustun 17-də törədilmiş teraktdır. Digər tərfədən uzunmüddətdir ki, Şimali Qafqazda baş vermkədə olan silahlı toqquşmalrda məhz bu cərəyana məxsus insanların iştirak etdiyi vurğulanır. Bu səbəb üzündən bu cərəyanla bağlı mövzunun aktuallığı nəzərə alınaraq məlum yazı ərsəyə gəldi. NİYƏ "MƏHƏMMƏDİLİK" YOX, "VƏHABİLİK"? Bu cərəyan 18-ci əsrdə indiki Səudiyyə Ərəbistanının ərazisində yaranıb və təlimin başında şeyx Məhəmməd ibn-Əbdülvəhab durub. Atası Əbdülvəhab özü, qardaşı Süleyman Şeyx Məhəmmədin təlimi əleyhinə çıxıb. Qardaşı Süleyman, eləcə də dövrünün istər sünni, istərsə də şiə din xadim və alimləri bu təlim əleyhinə əsərlər yazsalar da, bu şəxs fikrindən dönməyib və hətta atası Əbdülvəhabla oğlu arasında gərginliklər yaşanıb. Bu şəxs təlimini "tövhidlik" (təkallahlılıq), ardıcıllarını sələfilər (əcdad ) adlandırsa da, islam dünyası onları "vəhabilər" kimi tanıyıb. Təlimin bu şəxsin öz adı ilə "məhəmmədilik" deyil, atasının adı ilə "vəhabilik" adlandırılması isə şeyx Məhəmmədin məfkurəsinin Məhəmməd peyğəmbərin (ə.s) adı ilə belə eynilik təşkil etməməsi üçün edilib. Bu təlimin əsasını qoyan şeyx-Məhəmməd ibn-Əbdülvəhab ibn-Teymiyyəyə, ardıcılları isə ibn-Teymiyyə və şeyx Məhəmməd ibn-Əbdülvəhabın özünə əsaslanıblar. Bundan kənarda vəhabilər "Qurani-Kərim"ə isnad edirlər. VƏHABİLİYİN TƏLİM ƏSASLARI Vəhabi təlimi ümummüsəlman prinsiplərilə uzlaşsa da, icma olaraq özlərinə aid olan bir sıra özəllikləri var ki, əslində bu məsələlərin şərhində digər müsəlman məzhəblərilə uzlaşmırlar və bir çox hallarda vəhabilər bu məsələlərə görə onları şirkdə, dinə yenilik gətirməkdə ittiham edirlər. Bu sırada qəbir ziyarətinə getməmək, Allahla bəndə arasında vasitəçi olmamasını qəbul etmək və s.kimi tələblər var. Təlimi əsaslandırmaq üçün Əbdülvəhab oğlu istər peyğəmbər dövründə, istər ondan sonra islamın ilk 7 əsrində fəaliyyət göstərmiş islam alimlərinin əsərlərində öz xeyrinə müddəalar tapmadığı üçün yalnız 13-cü əsrə aid olan ibn-Teymiyyəyə isnad etdi. VƏHABİLİK VƏ SƏUD AİLƏSİ Səudiyyə Ərəbistanında indi də hakimiyyətdə olan Səud ailəsilə vaxtilə əlbirlik quran Əbdülvəhab oğlu bu sülaləni hakimiyyətə gətirəcəyi halda onlardan Səudiyyə Ərəbistanında təlimini yayacağı təminatını aldı. Beləliklə, vəhabilik kökündə siyasi hakimiyyət ehtirası duran siyasi cərəyan kimi özünü göstərib. Bunun gizlini yoxdur ki, bu gün etriaf olunmasa da, vəhabilik Səudiyyə Ərəbistanı dövlətinin rəsmi dini təlimidir. Amma, bəzi islam tarixçilərinə görə, Şeyx Məhəmmədin niyyəti həmin dövrə qədər islama gətirilmiş bir çox yenilikləri aradan qaldıraraq, peyğəmbər dövründəki ilkin halına qaytarmaq olub, amma bu yeniliklərin məzmun və mahiyyəti barədə geniş açıqlama verilmir. Bu tarixçilərə görə, bu şəxsin "islamı saflaşdırmaq" niyyətindən daha çox həmin dövr Qərb dövlətlərinin xarici kəşfiyyat orqanları bütünlükdə islam daxilində qarşdurma yaratmaq üçün öz xeyirlərinə istifadə edə bilib. Onlar yeniliyin köhnəliyin müqavimətilə rastlaşması barədə fəlsəfi tezisə isnad edərək, bu mənada vəhabiliyin keçmişə qayıtma "yeniliyi"nə o zaman üçün mövcud dini durumun ehkamçılığının müqavimətindən xarici kəşfiyyatın islamın əleyhinə faydalandığını və beləliklə xoş niyyətin gerçəkdə nəzərdə tutulan nəticəni əldə edə bilmədiyini qeyd edirlər. VƏHABİLİKDƏ PARÇALANMALAR Amma bütün cərəyanlarda olduğu kimi bu cərəyanın da daxilində parçalanmalar başladı və nəticədə vəhabiliyin müasir görkəmi yarandı. Bu parçalanmalar təbiidir, belə ki, mövcud olan yəhudilik, xristian və isalmın özündə çoxsaylı təriqətlər var. Bu mənada bu cərəyanda da parçalanmalar oldu, elə buna görə burada özünə sələfilər, ixvanlar, bu ixvanlıqdan törəyən "əl-təkfir və hicrət əhli", "cihad əhli", "hizbut-təhrir", "müasir xəvaric"lər adlananlar da var. Bu parçalanmaların səbəbləri barədə müxtəlif baxışlar ortaya qoyulsa da, həqiqət olan budur ki, gerçəyə olan baxışların ifratçılığı bu parçalanmaların əsas səbəbidir. Yəni, bu cərəyanda ifrat mövqe tutan qruplar loyal olanı qəbul etmir və hamıdan radikallaşmağı tələb edirlər. Bu tələblər gerçəyə dönməyəndə isə dünənə qədər bir icmada toplanan "əxilər" (ərəb dilindən tərcümədə qardaşlar) bu gün fikir ayrılığı üzündən artıq "kafir"ə dönür və dünənə qədər hər şeyini paylaşa bilən radikallar bu gün onları qətl etməyə qədər hazır olurlar. VƏHABİLİK AZƏRBAYCANDA Bu cərəyanların Azərbaycana axını müstəqillik əldə olunduqdan, yəni, 20-ci əsrin 90-cı illərinin ortalarından başlayıb. Azərbaycana keçməzdən öncə bu cərəyan son 20 ilə yaxın müddətdə Əfqanıstanda möhkəmlənib, daha sonra ordan keçərək Şimali Qafqaz məkanında yayılıb və məhz ondan sonra Azərbaycana ayaq açıb. Bu cərəyan özünü daha çox Azərbaycanın şimal rayonlarında qabarıq göstərir. Belə ki, məzhəb etibarilə əhalisinin əksəriyyəti şiə olan Azərbaycanda bu cərəyan rahat fəaliyyət göstərə bilmir. Amma tarixən sünniliyin məskunlaşdığı şimal rayonlarında yayılmaq məkanı tapır, digər tərəfdən, bu bölgədə adı çəkilən cərəyanın yayılmasına təsir edən daha bir neçə amil var. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 15-20 min arasında insanın vəhabilik cərəyanına inandığı deyilir. Azərbaycanda bu icmanın toplandığı məkan, dediyimiz kimi, şimal rayonları, Bakıda "Əbu-Bəkr", "Ləzgi" məscidləridir. Şimal rayonları arasında isə vəhabilər daha çox Zaqatala, Balakən, Quba, Qusar rayonlarında daha güclü təşkil olunur və hətta burada hakimiyyət nümayəndələrinə qarşı terror aktı həyata keçirməyə qədər əl atırlar. Son bir ildə bu radikalların Sumqayıtda cəmləşməsi özünü göstərirdi və aparılmış əməliyyat nəticəsində bu qrupun 25-dən çox üzvü həbs edildi. Çox zaman bu cərəyana mənsub olanlar zora əl atanların heç də onlardan olmadıqlarını deyilr, bunu xarici dövlətlərin kəşfiyyat orqanlarının əməli sayırlar. Bu cərəyanı Azərbaycanda əsasən ərəb əsillilər və daha sonra Şimali Qafqaz mənşəli din xadimləri və ya dini bilən şəxslər yayıblar. Amma Azərbaycanda xarici şəxslərin dini təbliğ etmək hüquqları olmadığı üçün bu qüvvələr ötən əsrin 90-cı illərində Azərbaycana xeyriyyə təşkilatları adı altında daxil olur, sonra niyyətlərinə uyğun ölkə vətəndaşlarını öz ətraflarına toplayır və dini əqidələrini onların vasitəsilə yayırdılar. Burası da var ki, ölkə şahiddir ki, neçə-neçə belə xeyriyyə qurumları adı altında, amma ölkədə başqa niyyətlə fəaliyyət göstərən təşkilat və şəxslər Azərbaycandan çıxarılıblar, təmsilçiləri həbsə alınıblar. Məhz bu cərəyana mənsub olan Azərbaycan vətəndaşlarının adları Çeçenistandakı müharibədə, Dağıstandakı, İnquşetiyadakı vətəndaş qarşıdurmalarında çox hallanır. FİKİR AYRILIĞINA CİNAYƏT CAVABI Azərbaycanda bu cərəyanın ardıcılları arasında fikir ayrılıqları bir neçə il öncədən başlasa da, cəmiyyət bundan ancaq son aylarda xəbər tutdu. Bü fikir ayrılıqlarına səbəb isə yenə də ifratçıların loyallara olan mənfi münasibəti idi. Bu mənada Bakıda fəlaliyyət göstərən "Əbu-Bəkr" məscidi icmasının hakimiyyətə qarşı ifrat yoldan imtina etməsi müzakirə, dartışma obyektinə döndü. Hətta bu barədə ölkə KİV-ləri geniş yazmasa belə, prosesi izləyən müitəxəssislər bunun icmalar arasında uzunmüddətli müzakirə obyektinə döndüyünü yaxşı bilirlər. Həmin müzakirələr hər dəfə nəticəsiz başa çatanda qarşılıqlı olaraq tərəflər arasında inamsızlıq daha da artır, həm də bu nəticəsizlik əsəbləri tarıma çəkməklə yanaşı, müzakirə auditoriyası da genişlənir, özünü haqlı göstərmək ehtirası müzakirəni internet saytlarına çıxarırdı. Bu müstəvidə isə yalnız müzakirə getmirdi, bu müzakirələrdə həm qarşılıqlı ittihamlar, həm də təhqirlər səslənirdi. Bundan əlavə, internet vasitəsilə gedən söz çəkişməsi ölkədən kənarda olan radikal qruplar tərəfindən izlənir, bu məsələdə hər qrup öz marağının nədən ibarət olduğunu müəyyən edir və böyük siyasətdə olduğu kimi "gəlir-çıxar"ını hesablayırdı. Amma, bir neçə il davam edən bu söz çəkişməsinin nəticəsi olaraq bu radikal qrup başçıları Azərbaycan xalqı içində vəhabi məscidi kimi tanınan "Əbu-Bəkr"də terakt törədilməsi barədə qərar verdilər və həmin qərar bu il avqutsun 17-də icra edildi. Hələlik bir sıra məqamlar aydın olmasa da, hakmiyyətə radikal münasibət bəsləyən qruplarla hakimiyyətə loyal olan qrupun rəhbərliyi və bu mövqedə olan sadə dindarlara radikalların qəzəbi ortadadır. VƏHABİLİK: İFRAT RADİKALLAR "Cəmaəti əl-təkfir vəl-hicrət" qrupu yerdə qalan bütün müsəlmanları kafir sayır və onlarla bir yerdə yaşmağı qəbul etməyərək "hicrət"ə üz tuturlar. Amma onların hicrət etdikləri yer hansısa bir müsləman ölkəsi yox, protestant Böyük Britaniyası olur. İlk baxışda burada bir məntiqsizlik görünür, eyni dinə mənsub olanlar digərlərini müsəlman saymadığına görə onunla eyni dini bölüşməyən başqa bir din daşıyıcıları olan məkanda yaşamağı üstün tutur. "Cəmaəti cihad" nəzərdə tutduqları ideyalar xoşluqla həyata keçməyəndə bunu zor vasitəsilə həyata keçirmək istəyir və bu zorakılıqlarına islamda müqəddəs anlam olan "cihad" adı qoyur. Bu qrup hansısa bir qrupla, toplumla, dövlətlə arasındakı narazılığını həll etmək yolunu ətrafındakı insanlara "cihad" adı ilə sırıyırlar. "Qurani-Kərim"də böyük günahlardan sayılan insan qətlinə məhz "cihad" etmələrilə bəraət qazandırmaq istəyirlər. Amma, hər bir insan qətli üçün elə "Qurani Kərim"də Allah-Təala qisas almaq haqqı tanıyıb. Odur ki, bu insanların törətdikləri qətllər zəncirvari qətllər sılsiləsinə yol açır. Bu mənada günah bu insanların düşüncə tərzində, onların ifrat baxışlarındadır. "Hizbut-təhrir"ə gəlincə, bu zümrə bütün dünya müsəlmanlarını bir dövlət və bayraq altında birləşdirəcək "xilafət" yaratmağı məqsəd seçib. Odur ki, "kafir"lərə qarşı döyüş bu cərəyanın da önəmli amalına dönüb. Amma bu cərəyan Azərbaycanda özünə etibarlı və çoxsaylı dayaq tapa bilmədi və bu səbəbdən bu qüvvələr nisbətən Özbəkistanda genişlənə bildilər, oradansa Əfqanıstana keçməli oldular. Bunun səbəbləri barədə çox danışmaq olar, amma ən əsas səbəb Azərbaycanda "islam xilafət"i qurulması məsələsinin özünün nədən ibarət olması barədə düşüncənin olmaması, həm də bu ideyaya inanmamaqdır. VƏHABİLİYİN DİGƏR MƏZHƏBLƏRLƏ TOQQUŞDUĞU MƏQAMLAR Bu təlim qəbir ziyarətini, pirləri ziyarət etməyi küfr sayır, Allah ilə bəndə arasında vasitəçiyə ehtiyac olmadığını deyir və "tövhidçi" (təkallahçı) olduğunu bildirir. Amma, bu məsələni şərh etmək yazının mövzusuna daxil olmadığı üçün yalnız bu fərqləri göstərməklə kifayətlənirik. Vəhabi təliminə görə, qəbir və pirləri ziyarət Allaha şərik qoşmaqdır, buna görə bu ziyarətlərə getmək olmaz. Bundan əlavə, bu cərəyan konkret əsası olmasa da, məhz şiəliyə və onun əsaslarına qarşı bir çox ittihamlar irəli sürür.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio