ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Türkiyə də, Ermənistan da, erməni diasporu da, ABŞ administrasiyası da aprelin 24-nə hazırlaşır. Hər kəs gözünü Barak Obamaya dikib gözləyir: ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı aprelin 24-də söyləyəcəyi nitqində “soyqırım”ifadəsini işlədəcəkmi? Türkiyə ötən illərdən fərqli olaraq bu il daha narahatdır. ABŞ-ın bu il qondarma erməni soyqırımı iddialarını tanıması ehtimalı ötən illərdəkindən daha real sayılır və Ankara bunun qarşısını almaq üçün səylər göstərir. Bir tərəfdən “Davos böhranı” nəticəsində Türkiyədən incik düşmüş yəhudi lobbisinin dəstəyini qazanmaq, Vaşinqton administrasiyasını “soyqırım” tanınarsa, Türkiyə-ABŞ münasibətlərinin bundan zərər görəcəyinə inandırmaq üçün millət vəkillərindən ibarət heyətlər Amerikaya göndərilir, digər tərəfdən Ermənistanla münasibətlər qurulması istiqamətində cəhdlər göstərilir. Amma bunalara rəğmən, Türkiyə ciddi narahatlıq içərisindədir. “Media forum” saytının mövzu ilə bağlı suallarını Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan cavablandırır: - Obama “soyqırım” deyərsə, nə olacaq? - Artıq dünyada 21 ölkənin parlamenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri “soyqırım” kimi tanıyıb. Obama “soyqırım” deyərsə, yaxın 6 ay-1 il ərzində 55-60 ölkə də 1915-ci il hadisələrini soyqırım kimi tanıya bilər. Yəni Obamanın “soyqırım” deməsi bu prosesi sürətləndirəcək. Ən ciddi təhlükə budur. - 21 ölkənin erməni iddialarını tanıması Türkiyənin mövqeyi baxımından nəyi dəyişdirib? - Birləşmiş Millətlər Təşkilatının 192 üzvü var. Bu baxımdan 21 ölkə elə də böyük rəqəm deyil. Amma Amerika bu addımı atarsa, “soyqırım”ı tanıyan ölkələrin sayı 100-ə çata bilər ki, bundan sonra da Türkiyə heç nə edə bilməyəcək. Belə olduqda Türkiyənin özünü “soyqırım”ı tanımağa məcbur etmək, beynəlxalq müqavilələrdə Türkiyə qarşısında “soyqırım”ın tanınması şərtini qoymaq prosesi başlaya bilər. Ondan sonra da deyəcəklər ki, ermənilərə qarşı soyqırım törətdiyinizi qəbul etmisiz, indi buyurun, təzminat da ödəyin. - Obamanın “soyqırım” sözünü işlətməsi bütövlükdə ABŞ dövlətinin “soyqırım”ı tanıması deməkdirmi? - Dövlət başçılarının sözü dövlətlərin adı ilə bağlanır. Digər tərəfdən, Obama “soyqırım” desə, Nümayəndələr Palatası və Senatın qətnamə qəbul etməsi üçün də maneə qalmaz. - ABŞ Konqresinin “soyqırım” layihəsini qəbul etməsi Türkiyəyə qarşı təzminat davaları açılmasına səbəb ola bilərmi? - Yox. Bu cür davalar ancaq Türkiyənin tərəf olduğu müqavilələrlə mümkündür. Bir ölkənin hər hansı bir hadisəni soyqırım kimi tanıması başqa ölkəyə dava açılmasına səbəb ola bilməz. Yalnız Türkiyə tanıdığı halda təzminat davaları açıla bilər. Amerikanın tanıması bu baxımdan təhlükəlidir ki, dünyadan Türkiyəyə təzyiqlər artacaq. - Sizcə, Obama “soyqırım” deyəcəkmi? - İndiki ABŞ administrasiyasının bunu etməsi ehtimalı böyükdür. Prezident Obama, vitse-prezident Bayden, dövlət katibi Klinton və parlament sədri Pelosi “soyqırım” deməyə yaxın, ürəklərində “soyqırım” deyən insanlardır. Amma digər tərəfdən də Türkiyəni küsdürmək istəmirlər və tərəddüd içərisindədirlər. Hazırda bir neçə ehtimal üzərində durulur: Konqres “soyqırım” deyəcək, Obama deməyəcək; Obama “soyqırım” əvəzinə “böyük fəlakət” sözünü işlədəcək; Obama “soyqırım” deyəcək, amma Türkiyənin könlünü almaq üçün də PKK məsələsində Ankaraya önəmli bir dəstək verəcək. Yəni Türkiyə əleyhinə olan bir addımı Türkiyənin xeyrinə olan bir addımla tarazlaşdırmağa çalışacaq. - ABŞ “soyqırım”ı tanıyarsa, Türkiyə nə edə bilər? İncirlik bazasının bağlana biləcəyi ehtimalı səslənir... - Bu, ABŞ-ın necə davranacağından asılıdır. Əgər ermənilərə qarşı soyqırım törədildiyi qaba, kobud bir şəkildə söylənərsə, Türkiyə-ABŞ münasibətləri bundan zərər görəcək. Bu halda Türkiyə də ABŞ-a qarşı əlindəki bütün kartları masaya düzəcək. İncirlik də bunlardan biridir. - Son zamanlar Türkiyənin Azərbaycan siyasətində bir “əmma” yaranıb. Bütün açıqlamalar “Biz Azərbaycanın arxasındayıq, amma...” şəklinə keçib. Bu “amma” “soyqırım”dırmı? - Bəli, “amma” 24 aprelin yaxınlaşmasıdır.. - 24 apreldən əvvəl nə ola bilər? Sərhədlər açıla bilərmi? - Açıla bilər. Yanlış anlamayın, mən “açılsın” demirəm. Mən sərhədlərin açılmasının tərəfdarı deyiləm. Amma bağlı qapılar arxasında “Biz “soyqırım” deməyəcəyik, siz də Ermənistanla sərhədi açın və münasibətlər qurun” kimi bir razılaşma olarsa, Türkiyə sərhədi aça bilər. Bu ehtimal da son dərəcə böyükdür. Şəxsən mən bunu yanlış mövqe sayıram. Türkiyə “soyqırım” təzyiqlərindən qurtulmaq naminə xətalara yol verməməlidir. Amma digər tərəfdən, Azərbaycan da anlamalıdır ki, “soyqırım”ın tanınması yalnız Türkiyənin deyil, Azərbaycanın da zərərinədir. Həm də çox zərərinədir. - Türkiyənin Ermənistanla sərhədi açmasından da çox zərərlidir? - Bəli. Ancaq yenə təkrar edirəm ki, şəxsən mən Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayınca və Türkiyəyə qarşı iddialardan əl çəkməyincə sərhədlərin açılmasının əleyhinəyəm.«Media forum»
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio