ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Ermənistanın Mərkəzi Bankı valyuta bazarına müdaxiləni dayandırandan sonra dramın kursu kəskin şəkildə aşağı düşür. Xəbər verildiyi kimi, martın 3-də Mərkəzi Bank bu qərarını elan edəndən keçən bir neçə saat ərzində 1 dolların dəyəri 305 dramdan 410 drama qalxıb. Ardınca ölkədə görünməmiş bahalaşma başlayıb. Bir neçə saat ərzində ərzaq və əsas istehlak mallarının qiymətləri 30-40, bəzən 50-60 faiz artıb, əhali əllərindəki pulun dəyərdən düşməsinə imkan verməməyə çalışaraq mağazalara hücum edərək ərzaq və digər zəruri tələbat malları almağa başlayıb. İrəvanda mağazaların önündə uzun-uzadı növbələr yaranıb, az sonra mağazalar da qapılarını bağlamalı olublar. Ekspertlər qeyd edirlər ki, Ermənistanda iqtisadi böhran neçə vaxtdır yetişirdi. Bir tərəfdən qlobal iqtisadi böhran, o biri tərəfdən Ermənistan iqtisadiyyatının onsuz da bərbad durumda olması, diasporadan gələn pulların hesabına ayaqda durması böhranı qaçılmaz edirdi. Digər amil isə odur ki, Ermənistan iqtisadi baxımdan hazırda ağır iqtisadi böhran içərisində olan Rusiyadan asılı vəziyyətdə idi. Ancaq bu vaxta qədər ermənilərin çoxu beynəlxalq maliyyə böhranının onlara bir təsiri olmayacağını düşünürdü. Onlar hesab edirdilər ki, onsuz da ölkənin pulunun əsas hissəsi xaricdəki diasporadan gəlir.Amma Rusiyada iqtisadi vəziyyət çətinləşəndə bu ölkədən Ermənistana göndərilən pullar da kəskin şəkildə azalmağa başladı. Böhrana görə ABŞ-dan göndərilən dollarlar da azaldı. Beləliklə də bu gün kənardan göndərilən pulların azalması əsl təsirini göstərməyə başlayır. “Azadlıq” radiosunun erməni xidməti bildirir ki, son aylar Mərkəzi Bank milli valyutanın qiymətdən düşməsinin qarşısını almaq üçün 360 milyon dollarlıq dram alıb. Beləliklə də 1 dolları 305 dram həddində saxlamaq mümkün olub. Görəndə ki, bu minvalla xərclər 1 milyard dollara yaxınlaşır və ölkənin valyuta ehtiyatları tükənir, Mərkəzi Bank artıq dram almağı dayandıraraq “üzən valyuta kursu” siyasətinə keçib. Bu da o deməkdir ki, dram artıq bazarda real dəyəri qədər ucuzlaşa bilər. Ermənistanın Mərkəzi Bankında hesab edirdilər ki, 1 dollar 360-380 dram arasında dəyişəcək. Amma qərarın elan edildiyi gün dollar 400 dramı da keçib. İrəvandakı iqtisadi təhlilçi Riçard Qiraqosyan hesab edir ki, dollar qarşıdakı həftələrdə daha 30 faiz qiymətini itirəcək. Beynəlxalq müşahidəçilər inflyasiyanın da sürətlənəcəyini deyirlər. Beynəlxalq Valyuta Fondu bildirir ki, bu il Ermənistanda inflyasiya 8 faizə çata bilər, ümumi daxili məhsul isə 1-1.5 faiz azala bilər. Artıq ölkənin az-çox işləyən sənaye sahələri iflic olub. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, martın 3-də ölkənin ən böyük ticarət şəbəkəsi olan “Star” bağlanıb, iki saat sonra isə daha yuxarı qiymətlərlə açılıb. Bir tərəfdən də pulun daha da qiymətdən düşməsindən qorxan sakinlər İrəvanda dükan-bazara axışıb qənd, un, zeytun yağı kimi əllərinə keçən ərzağı alırlar. Satıcılar isə qiymətlər qalxana qədər malları satmaq istəmirlər. Amma bəzi iqtisadçılar milli valyutanın sərbəst buraxılmasının əvvəl-axır ölkəyə faydalı olacağını deyirlər. Onlar hesab edirlər ki, dramın güclü olmasında daha çox ölkəyə kənardan mal gətirən inhisarçılar maraqlı idilər. İndisə uzunmüddətli perspektivdə ölkədə daha balanslı iqtisadiyyat qurula bilər.ÿİndiki halda isə bu addım yalnız Ermənistanı xaricdən maliyyə yardımına möhtac qoyub. Beynəlxalq Valyuta Fondunun direktoru bildirib ki, Ermənistana 540 milyon dollar borc verilməsi barədə məsələ qaldıracaq. Əgər bu həftənin sonunda onun bu istəyi Fondda qəbul edilsə, Ermənistan dərhal 239 milyon dollar borc alacaq. Dünya Bankı da ötən həftə bildirib ki, maliyyə böhranının təsirini azaltmaq üçün Ermənistana 85 milyon dollar yardım ayırmaq niyyətindədir. Ötən həftə isə Rusiyadan da 500 milyon dollar borc alınması barədə Moskva ilə İrəvan arasında danışıqlar başa çatıb. Erməni mənbələrinin məlumatlarına görə, dünən də Ermənistanın ərzaq mağazalarında və supermarketlərində panika davam edib. Hələ dünən səhər bitki yağının 1 litri 530 dram olub. Üstündən bir neçə saat keçəndən sonra qiymət birdən-birə 700 və hətta 1000 drama qədər qalxıb. Kərə yağı 1650 dramdan 2000 drama, şəkər tozu 220 dramdan 400 drama qədər bahalaşıb.Bir çox mağazalarda şəkər, qənd, qarabaşaq və digər ərzaq məhsulları qurtarıb. Satıcılar bildirirlər ki, dolların bahalaşması ilə bağlı narahatlıq keçirən insanlar qiymətlərin daha da bahalaşacağından qorxaraq mağazalara axışırlar. Ermənistanda indi bahalaşmayan heç nə qalmayıb, benzin, dərman, xidmətlərdə də kəskin qiymət artımı müşahidə edilir. Benzin isə 240 dramdan 330 drama qalxıb. Lakin Ermənistan benzini xaricdən dollara aldığına görə qiymətin qarşıdakı günlərdə daha kəskin artacağı gözlənilirdi. “Regnum” agentliyinin məlumatına görə, yaranmış vəziyyətdə Ermənistana mal gətirən iş adamları da mallarını gömrük postlarında saxlayaraq ölkəyə daxil etmirlər. Dünən valyuta ajiotajının və bahalaşmanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa da çatdığı bildirilirdi. Xəbərlərə görə, Xankəndinin valyuta dəyişmə məntəqələri İrəvandan gələn xəbərlərin təsiri altında bağlanıb, əhali mağazalara hücum çəkərək mümkün qədər tez ucuz mallar almağa çalışır. Bəzi iri mağazalar da artıq satışı dayandırıb. İş adamları Ermənistanda qiymətlərin yüksəlməsi ilə bağlı vəziyyətin necə davam edəcəyini gözləyirlər. Baş verənlərlə bağlı Ermənistan müxalifətinin yaydığı bəyanatda deyilir ki, iqtisadiyyatın üzləşdiyi böhran Köçəryan rejiminin yeritdiyi oliqarxik-inhisarçı və kapital transfertinə əsaslanan iqtisadi siyasətinin nəticəsidir. Hansı ki, həmin siyasəti indiki hakimiyyət də davam etdirib. Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi bəyan edir ki, Mərkəzi Bankın son 3-4 ayda dramın kursunu sabit saxlamaq üçün ölkənin valyuta ehtiyatlarından dövriyyəyə buraxdığı 800 milyon dollara yaxın vəsait 15-20 oliqarxın ciblərinə gedib, nəticədə bu vəsaitlərin iqtisadiyyata heç bir təsiri olmayıb. Fərhad MƏMMƏDOV. musavat
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio